Gündəm

Deyirlər, qar yağacaq...

19 Yanvar 2017 13:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında Yanvarın 20-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Binəqədidə orta ümumtəhsil məktəblərinin fəaliyyəti müzakirə edilib

19 Yanvar 2017 13:42

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon orta ümumtəhsil məktəblərinin 2016-cı ildəki fəaliyyətinə dair iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

İstanbulda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunub

19 Yanvar 2017 13:40

Yanvarın 18-də İstanbulun Yeditəpə Universitetində 20 Yanvar facisəinin 27-ci ildönümünüə həsr olunmuş rəsm sərgisi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, adı kəçilən təhsil ocağının rəsm galereyasında baş tutan sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü İlə reallaşıb. “Uşaqların gözü ilə 20 yanvar 1990-cı il, Qanlı Bakı Faciəsi2 adlı sərginin açılışında Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşalı, Yeditəpə Universitetinin rəhbərliyi, təhsil ocağının müəllim və tələbə heyəti, eləcə də Marmarisdən Kalimerhaba Dərnəyinin sədri iştirak edib.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Daşkənddə anım mərasimi keçirilib

19 Yanvar 2017 13:36

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Elşən İsmayıl yazır... Qadının göz yaşları

19 Yanvar 2017 13:26

İndi dur. Aç əllərini yanlara doğru, Quc taleyini, Gəl, quc, sən məni...

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

19 Yanvar 2017 13:19

Yanvar ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazın eks-nişanlısı bütün SİRLƏRİN ÜSTÜNÜ AÇDI: "Mən azərbaycanlı qızla..." - VİDEO

19 Yanvar 2017 13:17

Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı qız Naz Milanın keçmiş nişanlısı Baha ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Leoni Mergenin “Qarabağ kolleksiyası” Berlində

19 Yanvar 2017 13:14

Ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində “MERSEDESBENZ MODA HƏFTƏSİ” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyiilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Cəmiyyətdən “Olaylar” – a verilən məlumata görə Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi  ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” podiumda təqdim edilib.

“Davos Forumu Azərbaycana investisya axının gücləndirəcək”- RƏY

19 Yanvar 2017 12:57

“Davos İqtisadi Forumu hər il keçirilir və bütün dünyada çox məşhurdur. Çünki dünya iqtisadiyyatının idarə edilməsində və yaranmış iqtisadi problemlərin aradan qaldırılmasında Davos forumunun işləyib hazırladığı təkliflər böyük rol oynayır”. Bunu politoloq Qabil Hüseynli deyib.

İŞİD 2016-cı ildə işğal etdiyi ərazilərin 23%-ni itirib

19 Yanvar 2017 12:55

İŞİD terror qruplaşması 2016-cı ildə Suriya və İraqda daha əvvəl işğal etdiyi ərazilərin təxminən dörddə birinə nəzarəti itirib. Böyük Britaniyanın "IHS Markit" analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı il ərzində İŞİD təxminən 18 min kv.km əraziyə nəzarəti itirib, hazırda onların işğalı altında olan ərazilərin sahəsi isə 60,4 min kv.km təşkil edir. Başqa sözlə, 2016-cı ildə İŞİD işğal etdiyi ərazilərin 23%-ni, bir il əvvəl isə 14%-ni itirib.

Şahzadə 10 illik nikahına son qoydu: boşanırlar

19 Yanvar 2017 12:52

Lüksemburq şahzadəsi, 30 yaşlı Lui və onun xanımı, 31 yaşlı şahzadə Tessi boşanırlar. Lüksemburq Kral Sarayının yaydığı rəsmi açıqlamada belə deyilir. Açıqlama şahzadə Luinin valideynləri - Lüksemburq hersoqu Anri Nassau-Veylburq və onun xanımı, hersoginya Mariya Tereza tərəfindən imzalanıb.

TRT Şəhidlər xiyabanından canlı yayım verəcək

19 Yanvar 2017 12:48

TRT Bakı təmsilçiliyi 20 Yanvarfaciəsini ildönümünü xəbər, proqram və kliplərlə "TRT Haber" ve "TRT Avaz" kanalları vasitəsilə izləyicilərə çatdıracaq.

Prezident: "Azərbaycan neft hasilatının azaldılmasına dair öhdəliyini yerinə yetirir"

19 Yanvar 2017 12:46

Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər. Bunu RİA "Novosti" agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bildirib. "Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır", - deyə prezident bildirib.

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya

19 Yanvar 2017 12:44

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edir. Lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə Bakcell tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.