İstanbulda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunub
Yanvarın 18-də İstanbulun Yeditəpə Universitetində 20 Yanvar facisəinin 27-ci ildönümünüə həsr olunmuş rəsm sərgisi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, adı kəçilən təhsil ocağının rəsm galereyasında baş tutan sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü İlə reallaşıb. “Uşaqların gözü ilə 20 yanvar 1990-cı il, Qanlı Bakı Faciəsi2 adlı sərginin açılışında Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşalı, Yeditəpə Universitetinin rəhbərliyi, təhsil ocağının müəllim və tələbə heyəti, eləcə də Marmarisdən Kalimerhaba Dərnəyinin sədri iştirak edib.
19 Yanvar 2017 13:40 SosialYanvarın 18-də İstanbulun Yeditəpə Universitetində 20 Yanvar facisəinin 27-ci ildönümünüə həsr olunmuş rəsm sərgisi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, adı kəçilən təhsil ocağının rəsm galereyasında baş tutan sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü İlə reallaşıb. "Uşaqların gözü ilə 20 yanvar 1990-cı il, Qanlı Bakı Faciəsi2 adlı sərginin açılışında Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşalı, Yeditəpə Universitetinin rəhbərliyi, təhsil ocağının müəllim və tələbə heyəti, eləcə də Marmarisdən Kalimerhaba Dərnəyinin sədri iştirak edib. Sərgini giriş sözü ilə Yeditəpə Üniversitetinin müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Əzizov açıb. O, gonaqlara 20 yanvar 1990-cı il qanlı Bakı faciəsi, sərgidə nümayiş olunan uşaq rəsimləri haqqında geniş məlumat verib. Rafiq Əzizov geyd edib ki, rəsmlər Azərbaycan Rəssamlar İttifaqı nəzdində 1988-ci ildə onun tərəfindən yaradılan H.Z.Tağıyev adına Xalq İncəsənət Universitetinin o illərdə canlı şahidi olan şagirdləri tərəfindən çəkilib.. Daha sonra Azərbaycanın İstanbuldakı Konsulu Yadulla Paşalı, İstanbul Yeditəpə Üniversitetinin təmsilçisi Mücahit Şişlioğlu, Tibb Fakültəsinin dekan müavini Bayram Yılmaz, kafedra müdiri İnci Özden Kuşçu, Marmaris Kalimerhaba Dərnəyindən Umur Özlüer çıxış ederek sərginin əhəmiyyətindən danışıblar. Rafiq Əzizov sərgiyə gələn gonaqları sərgini gəzdirərək hər rəsm haqqında gonaqlara məlumat verib.