Gündəm
Əbülfət Mədətoğlundan- Müraciət
Tuba Büyüküstünın qara cazibədar libası FOTOLAR
Aktrisa Tuba Büyüküstün siması olduğu markalardan birinin İsveçrədə təşkil olunan sərgisinə qatılıb. Onunla yanaşı həmin tədbirə dünya ulduzları da iştirak edib. Onlar arasında Rosamund Payk, Vanessa Red qreyv, Ceyms Marsden, Olqa Kurilenko, Adriana Lima və Karolina Kurkova olub. Bu barədə SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir. Tədbirdən olan fotoları təqdim edirik:
20 Yanvar şəhidləri yad edilib
“Azəravtoyol” ASC-də 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Səhmdar Cəmiyytin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Saleh Məmmədov 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini bildirib.
İstanbulda “Fotoqraflarla Azərbaycan” adlı sərgi təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan “Gateway” şirkəti tərəfindən İstanbuldakı “Yeniqapı” Metro Stansiyasının sərgi salonunda “Fotoqraflarla Azərbaycan” adlı sərgi təşkil edilib.
Ötən il tarixi rekord yenilənib
NASA 2016-cı ilin tarixin ən qızmar ili olduğunu açıqlayıb. NASA və Britaniya Meteorologiya qurumu olan MET şirkətinin açıqladığı məlumatda bildirilir ki, ötən il 2015-ci ildən təxminən 0.07 dərəcə daha çox isti müşahidə olunub. Alimlər daha əvvəl də 2016-cı ilin yayında rekord dərəcədə istilik müşahidə ediləcəyini demişdi. NASA-nın rəsmisi bildirib ki, 2016-cı il 2015-ci ili təxminən 0.1-0.12 dərəcə ilə ötüb. Araşdırmaçılar 2017-ci ilin ən isti il rekordunu yeniləyəcəyini düşünmürlər, amma ən isti 5 ildən biri olacağı ehtimalı var. Bu barədə Lent.az-ın xarici KİV-ə istinadən xəbər verir.
İnək oğrusu tutulub
Bir baş inək oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə Corat qəsəbəsində yaşayan Təranə Əliyevanın həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi Novruz Fərəcov tutulub.
Nazirlik əməkdaşının evini qarət etdilər
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.
Əflatun Amaşov: “ İnternet resurslarının fəaliyətini tənzimləyən yeni qanuna ehtiyac var”
Azərbaycan internet resursları, xüsusən də sosial şəbəkələri, bloqerlər fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Belə bir təşəbbüslə millət vəkili Əflatun Amaşov çıxış edib. Millət vəkili Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib ki, bu gün dünyada blogerlərlə bağlı fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyən edilib: “Ona görə də internet resurslarının fəaliyətini tənzimləyən yeni qanuna ehtiyac var”. Təklifi dəstəkləyən Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyərək bildirib ki, bu sahədə xaos var. “Kim nə istəyir onu yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.
Bahar Muradova: “Lapşinin Azərbaycana təhvil verilməsində seklektiv yanaşmaının şahidi oluruq”
Baş Prokurorluğunun dövlətlərarası axtarışa verdiyi Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası milli prosedurlar çərçivəsində həll edilməlidir. "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanın qoşulduğu müxtəlif müqavilələr var: “Azərbaycan da onların şərtlərinə uyğun olaraq, bu tələbi irəli sürüb. Qarşı tərəf də bunu dəyərləndirməlidir. Başqa ölkələrdən və dairələrdən səslənən fikirlər isə yalnız onların şəxsi fikirləri ola bilər.
Vitse-spikerdən Lavrov açıqlaması
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.
Bahar Muradova: “ATƏT sədrləri Qarabağla bağlı çağırışlar yox, konkret addımlar atmalıdır”
ATƏT sədrləri Qarabağ problemilə bağlı çağrış etməməli, konkret addımlar atmalıdır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib .
Vahid Əhmədov “AZAL”-ı monopolistlikdə ittiham etdi- "Bu nə özbaşınalıqdır?"
“Azərbaycan aviasiyası, hava nəqliyyatı ilə bağlı tənqidi fikirlərimi, iradlarımı dilə gətirmək istəyirəm. Bununla bağlı, ümumiyyətlə, son illər çoxlu tənqidlər, iradlar səsləndirilir”.
Rusiyada təyyarə təcili enib
Ötən gecə Peqas Fly havayollarına aid olan və Rusiyanın Perm şəhərindən Vyetnamın Kamran aeroportuna uçan Boinq təyyarəsi Krasnoyars havalimanına təcili şəkildə enməyə məcbur olub. 300 nəfər sərnişini olan təyyarənin kanalizasiya sistemində baş vermiş nasazlıq səbəbi ilə Krasnoyarska təcili şəkildə endiyi bildilir. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
“MTN işi” üzrə növbəti məhkəmə prosesi başlayıb - YENİLƏNİB
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Rusiyada qadın 5 və 2 yaşlı uşaqlarını öldürüb
Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb. Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib. Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitini aşkarlayıblar. Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq.














