Əflatun Amaşov: “ İnternet resurslarının fəaliyətini tənzimləyən yeni qanuna ehtiyac var”

Azərbaycan internet resursları, xüsusən də sosial şəbəkələri, bloqerlər fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Belə bir təşəbbüslə millət vəkili Əflatun Amaşov çıxış edib. Millət vəkili Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib ki, bu gün dünyada blogerlərlə bağlı fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyən edilib: “Ona görə də internet resurslarının fəaliyətini tənzimləyən yeni qanuna ehtiyac var”. Təklifi dəstəkləyən Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyərək bildirib ki, bu sahədə xaos var. “Kim nə istəyir onu yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

Azərbaycan internet resursları, xüsusən də sosial şəbəkələri, bloqerlər fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Belə bir təşəbbüslə millət vəkili Əflatun Amaşov çıxış edib. Millət vəkili Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib ki, bu gün dünyada blogerlərlə bağlı fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyən edilib: "Ona görə də internet resurslarının fəaliyətini tənzimləyən yeni qanuna ehtiyac var". Təklifi dəstəkləyən Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyərək bildirib ki, bu sahədə xaos var. "Kim nə istəyir onu yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31