Gündəm

Qərbin demokratiya adı altında səlib yürüşü

19 Yanvar 2017 15:06

Artıq bir neçə on ildir ki, Qərbdən Şərqə doğru yeni səlib yürüşünə start verilib. Əvvəlki səlib yürüşlərindən fərqli olaraq bu dəfə qərbdəkilər Şərqə demokratiya pərdəsi altında təşrif buyururlar. Əgər ilk səlib yürüşlərində açıq-aşkar niyyət yeni ərazilər zəbt etmək, Şərqin münbit torpaqlarını ələ keçirmək idisə, bu dəfə həmin niyyət özünü arxa planda büruzə verir. Yəni bu dəfə Qərb Şərqə doğru demokratiya adı altında yürüş edərək onun zəngin təbii sərvətlərini ələ keçirməyə çalışır. Xüsusilə, bu mənfi tendensiya müsəlman, ərəb ölkələrinə qarşı münasibətdə özünü göstərir. Təkcə son bir neçə ildə Misir, Liviya, Yəmən, İraq, Suriya və digər ərəb ölkələrində yaşananlara diqqət etmək kifayətdir ki, bu qənaətə gələsən. Şərə demokratiya vəd edən Qərb nəticə etibarilə həmin ölkələrin siyasi rifahını pozur, onu idarəedilməz vəziyyətə gətirib çıxarır.

“Xaricdən gələn nümayəndələrə lazımi “iynəni” vururam”

19 Yanvar 2017 15:03

Yanvarın 19-da Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin yaz sessiyası çərçivəsində ilk icıası keçirilib. İclasda sözügedən komitənin yaz sessisı üçün iş planı təsdiq edilib. Ötən sessiya ərzində görülən işlər barədə məlumat verən MM sədrinin müavini Bahar Muradova bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin parlamentin sonuncu 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib. B. Muradova qeyd edib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb. Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib. Paralel olaraq komitənin üzvləri tərəfindən 175 vənətdaş qəbul edilib, dinlənilib. Sədr müavini bidirib ki, Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək: “Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq”.

Azərbaycan xalqı öz torpağını azad etmək hüququnu heç kimə verməyib

19 Yanvar 2017 15:01

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindki mövqeyi daim ermənilərin maraqlarına xidmət edib. Nazirin mətbuat konfransında münaqişənin həlli ilə əlaqədar söylədiyi fikirlər bunun bariz nümunəsidir. Məhz həmin fikirlər Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, dünənə qədər bəzi “uzaqgörən politoloqlar” iddia edirdilər ki, Kreml Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəyir və bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir: “ Elə isə nədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt açıqlaması ilə Rusiyanın Qarabağ məsələsində mövqeyini bir daha və açıq formada bəyan etdi.

Tramp Amerikasını nə gözləyir?

19 Yanvar 2017 14:59

Birləşmiş Ştatların sayca 45-ci prezidenti seçilmiş Donald Tramp Ağ Ev rəhbəri kimi özünün ilk mətbuat konfransını keçirdi. Amma Ağ Ev rəhbərinin siftəsinin heç də uğurlu alındığını söyləmək olmaz. Çünki Donald Trampın Birləşmiş Ştatlar prezidenti kimi jurnalistlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər, sərgilədiyi münasibət ona qarşı müəyyən iradların, ittihamların səslənməsinə səbəb olub. Düzdür, Trampın iqtisadi sahə, xüsusilə Amerikia dolları və onun gələcək aqibəti ilə bağlı söylədiyi fikirlər qısa bir zamanda ölkə iqtisadiyyatına, xüsusilə Amerika dollarının dəyərinə öz təsirini göstərsə də, lakin onun siyasi aspektdə səsləndirdiyi fikirlər də bir o qədər əks effekt verib. Yeni Amerika prezidentinin ilk mətbuat konfransında jurnalistlərlə kobud davranışı Donald Tramp hakimiyyətinin heç də uğurlu olmayacağı qənaətini formalaşdırıb.

Sərkisyan vəziyyətdən çıxış yolu axtarır

19 Yanvar 2017 14:58

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də Moskvada keçirdiyi mətbuat konfransında Qarabağla bağlı dedikləri tamamən Ermənistanın xeyrinə idi. Buna görə də erməni saytları Lavrovun Qarabağla bağlı açıqlamalarına gen-bol yer verdilər. Buna baxmayaraq, bu tip açıqlamalar keçmiş illərdə olduğu kimi Ermənistan cəmiyyətində yüksək ajiotaja, ruh yüksəkliyinə səbəb olmadı. Çünki, Ermənistan cəmiyyəti Rusiyanın vassalı olmasından xeyir götürmür, iqtisadiyyatı və sosial durumu inkişaf etmir, tam əksinə ölkə geriyə gedir. Erməni cəmiyyətinin Lavrovun açıqlamalarından sevinəcək halı qalmayıb.

“Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur”

19 Yanvar 2017 14:56

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” fikri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Daha dəqiq, həmsədr ölkənin nazirinin Azərbaycanın ərazi bütövlüyü məsələsinə müdaxiləsi ciddi narazılığa səbəb olub. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bu bəyanatı səsləndirməklə, bir daha işğalçı imperiyanın siyasətini ortaya qoydu. Onun sözlərinə görə, Lavrov bir dah öz fikirləri ilə təsdiq etdi ki, 250-300 il ərzində Azərbaycanın tarixi torpaqlarını mərhələli qaydada işğal edərək, onun ərazisində erməni dövləti yaradıb: “Rusiya bu siyasətini bir zamanlar Çar Rusiyası, sonra onun davamçısı olan sovet imperiyası və onun ardınca da növbəti davamçısı olan Rusiya imperiyası tərəfindən həyata keçirərək, işğal etdiyi Azərbaycan torpaqlarını ermənilərə hədiyyə edərək, onlara bu torpaqlarda dövlət yaradıb. Və onlara hər zaman havadarlıq ediblər və bu siyasət bu gün də davam edir. Azərbaycan torpaqlarının işğal olunaraq ermənilərə verilməsinin əsas səbəbkarı elə həmən Lavrovun təmisl etdiyi dövlətdir”.

Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir

19 Yanvar 2017 14:54

Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.

Qeyri-neft sektorunu inkişaf etdirmək istəyən ölkələrə dünya təcrübəsini öyrənmək üçün Davos Forumu yaxşı fürsətdir

19 Yanvar 2017 14:52

Bu günlərdə dünyanın əsas diqqət mərkəzi İsveçrənin Davos şəhərinə yönəlib. Ənənəvi olaraq keçirilən Davos Forumuna bu il daha çox maraq müşahidə edilir. Bunun başlıca səbəblərindən biri isə 2015-ci ilin sonlarından qlobal səviyyədə yaşanan iqtisadi vıə maliyyə böhranıdır. Bu böhrandan az və ya çox dərəcədə əziyyət çəkən dövlətlər Davos Forumunun imkanlarından istifadə edərək xarici sərmayədarları öz ölkələrinə cəlb etmək, onlarla səmərəli əməkdaşlıq qurmaq istiqamətində müxtəlif görüşlər keçirirlər. Məlum olduğu kimi Davos Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də dəvət gəlib və dövlət başçısı həmin dəvəti dəyərləndirərək İsveçrəyə səfər edib. Kütləvi informasiya vasitələrinin də verdiyi məlumata görə, Azərbaycan Prezidenti Davos Forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirib, danışıqlar aparıb. Dövlət başçısının Davos Forumunda iştirakı, eləcə də forum çərçivəsində keçirdiyi görüşlər birmənalı olaraq yüksək qiymətləndirilir və bu görüşlərin ölkəmiz üçün yeni-yeni imkanlar yaradacağı bildirilir. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov ümumilikdə Davos Forumunun əhəmiyyətindən də söhbət açıb.

Orda bir kənd vardı...

19 Yanvar 2017 14:49

İllərdir ki, düşmən tapdağı altında olan yurd yerlərimizə səsimiz çatmır, ünümüz yetmir. O yurd yerlərimiz də gözlərini yollara dikib bizi gözləyir. O yurd yerlərindən biri də sərhəd bölgəsi, doğma diyarımızın alınmaz qalası olan Sədərək rayonunda, Tejkar dağının ətəyində yerləşən Kərki kəndidir.

Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anılıb

19 Yanvar 2017 14:47

Tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında  keçirilib. Əvvəlcə tədbir iştiarakçıları abidənin önünə  gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Rusiya Ermənistanda yeni "maket hərbi hissəsi" yaratdı

19 Yanvar 2017 14:45

Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu "nümayiş" etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.

"Reina" qatili arvadının qısqanclığına görə rahat ələ keçirildi

19 Yanvar 2017 14:43

Yeni il gecəsi İstanbulda "Reina" klubunda 39 nəfəri öldürən qatil Abdulqadir Maşaripovun ələ keçirilməsində xanımının qısqanclığı böyük rol oynayıb. 

İtaliyada qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb - YENİLƏNİB

19 Yanvar 2017 14:31

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb. Pis havaşəraiti xilasetmə işlərinin aparılmasını çətinləşdirir. Qarın alında qalan mehmanxanadakı insanların öldüyü ehtimal olunur.  Bu barədə APA.az “lenta.ru”ya istinadən xəbər verir.

Ana və uşaq ölümünün səbəbi araşdırılır

19 Yanvar 2017 14:27

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar” – a verilən məlumtda bildirilir ki, 1985-ci il təvəllüdlü Təzəgül Qaraşova fəsadlaşmış mamalıq anamnezi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı ölüm hadisəsi baş verib. Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və  Səhiyyə Nazirliyinin Hamiləlik, doğum və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya tərəfindən ölümün səbəbləri araşdırılır. Ölümün səbəbləri araşdırmalardan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

Danimarka parlamenti uydurma "erməni soyqırımı"nı müzakirə edəcək

19 Yanvar 2017 14:24

Bu gün Danimarka parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq. Layihə "Enhedslisten" və "Alternativet" partiyalarının təşəbbüsü ilə müzakirəyə çıxarılıb. Layihənin müəllifləri Nikolay Villumsen və Rasmus Nortkvistdir. Apa.az