“Xaricdən gələn nümayəndələrə lazımi “iynəni” vururam”

Yanvarın 19-da Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin yaz sessiyası çərçivəsində ilk icıası keçirilib. İclasda sözügedən komitənin yaz sessisı üçün iş planı təsdiq edilib. Ötən sessiya ərzində görülən işlər barədə məlumat verən MM sədrinin müavini Bahar Muradova bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin parlamentin sonuncu 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib. B. Muradova qeyd edib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb. Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib. Paralel olaraq komitənin üzvləri tərəfindən 175 vənətdaş qəbul edilib, dinlənilib. Sədr müavini bidirib ki, Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək: “Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq”.

Yevda Abramov: "Yəni, onlar yalan məlumatlara uymasınlar"
 

Yanvarın 19-da Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin yaz sessiyası çərçivəsində ilk icıası keçirilib. İclasda sözügedən komitənin yaz sessisı üçün iş planı təsdiq edilib. Ötən sessiya ərzində görülən işlər barədə məlumat verən MM sədrinin müavini Bahar Muradova bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin parlamentin sonuncu 2016-cı il payız sessiyasında 2 iclası keçirilib. Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib. B. Muradova qeyd edib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb. Eyni zamanda, B. Muradova komitə sədri kimi payız sesiyasında 114 nəfəri qəbul edib. Paralel olaraq komitənin üzvləri tərəfindən 175 vənətdaş qəbul edilib, dinlənilib. Sədr müavini bidirib ki, Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək: "Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq". O, qeyd edib ki, ümumiyyətlə, qanunvericilik bazasının formalaşdırılması prosesində adıçəkilən komitə mühüm rol oynayır: "İstər qanun layihələrinin müzakirəsi, istərsə də, bu və ya digər vacid məsələlərlə bağlı ictimai müzakirələrin, dinləmələrin təşkil edilməsi, keçirilməsi bizim başlıca fəaliyyət istiqamətlərimizdəndir. Bu baxımdan, növbəti yaz sesiyasında da bu məsələlərin parlametnin gündəmində qalması istiqəmində səylərimizi davam etdirəcəyik. Yəni, ictimai müzakirələr, dinləmələrlə bağlı məsələlər bu sessiyada da diqqtəmizdə və gündəmimizdə olacaq". İclasda bildirilib ki, ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub və onun nəşi bu günə qədər Azərbaycana qaytarılmayıb. Ç. Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Bu məsələ dövlət başçısı İlham Əliyevin birbaşa diqqətindədir. Amma Milli Məclisin İnsan hüquqları komitəsi də məsələ ilə bağlı bəyanat qəbul edə bilər. Millət vəkili Yevda Abramov deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclisin İnsan haqları komitəsi əlindən gələni edir və bu istiqamətdə xeyli iş görub: "Məsələn, Azərbaycan prezidenti xaricdən ölkəmizə gələn beynəlxalq yəhudi diaspora nümayəndələri ilə görüşdən sonra Qubaya göndərir ki, burada ölkəmizdəki tolerantlılıq nümunəsi ilə yaxından tanış olsunlar. Qubaya gələn xarici nümayəndələri də təbii olaraq bir azlıqların nümayəndəsi kimi mən qarşılayıram və onların lazımı "iynəsini" vururam. Azərbaycandakı tolerantlılıq, taleyüklü məsələlər, Dağlıq Qarabağ, soyqırıma məruz qalmağımızla bağlı məsələlələr barədə onları yerindəcə məlumatlandırıram. Deyirəm ki, sizə xaricdə bunlarla bağlı səhv məlumatlar verilir. Ən real və doğru məlumatları bizdən alın. Çünki biz faktla danışırıq". Millət vəkili onu da deyib ki, onları birbalaca qəsəbədə 3 sinaqoqun, məscidin, kilsənin fəaliyyət göstəridiyini yerindəcə tanış edir: "Bundan əlavə onları xalqımızın soyqırıma məruz qalaması ilə bağlı yerə aparıram və onlara yetrindəcə faktı göstərirəm. Soyqırım muzeyi ilə tanış edirəm". Millət vəkili əlavə edib ki, bu bazxımdan mən onlara lazım olan "novokoini və digər iynələri" vururam: "Yəni, onlar yalan məlumatlara uymasınlar".
Sonra gündəlidə duran qanun layihələrinin müzakirəsi davam etdirilib. İlkin olaraq "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər müzakirə olunub. Bildirilib ki, dəyişikliyə əsasən 9.1-ci maddədə informasiya sahibləri sırasına publik hüquqi şəxsləri də əlavə edilir. Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. 29-cu və 37-ci maddədə "ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər" sözünə "ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər" sözü əlavə edilir. Keçid müddəalarına da hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır. O da bildirilib ki, dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir. Layihə plenar iclasa tövsiyə olunub. 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31