“Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” fikri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Daha dəqiq, həmsədr ölkənin nazirinin Azərbaycanın ərazi bütövlüyü məsələsinə müdaxiləsi ciddi narazılığa səbəb olub. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bu bəyanatı səsləndirməklə, bir daha işğalçı imperiyanın siyasətini ortaya qoydu. Onun sözlərinə görə, Lavrov bir dah öz fikirləri ilə təsdiq etdi ki, 250-300 il ərzində Azərbaycanın tarixi torpaqlarını mərhələli qaydada işğal edərək, onun ərazisində erməni dövləti yaradıb: “Rusiya bu siyasətini bir zamanlar Çar Rusiyası, sonra onun davamçısı olan sovet imperiyası və onun ardınca da növbəti davamçısı olan Rusiya imperiyası tərəfindən həyata keçirərək, işğal etdiyi Azərbaycan torpaqlarını ermənilərə hədiyyə edərək, onlara bu torpaqlarda dövlət yaradıb. Və onlara hər zaman havadarlıq ediblər və bu siyasət bu gün də davam edir. Azərbaycan torpaqlarının işğal olunaraq ermənilərə verilməsinin əsas səbəbkarı elə həmən Lavrovun təmisl etdiyi dövlətdir”.
19 Yanvar 2017 14:56 SiyasətElman Məmmədov: "Münaqişəni Azərbaycan əsgəri həll edəcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil" fikri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Daha dəqiq, həmsədr ölkənin nazirinin Azərbaycanın ərazi bütövlüyü məsələsinə müdaxiləsi ciddi narazılığa səbəb olub. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bu bəyanatı səsləndirməklə, bir daha işğalçı imperiyanın siyasətini ortaya qoydu. Onun sözlərinə görə, Lavrov bir dah öz fikirləri ilə təsdiq etdi ki, 250-300 il ərzində Azərbaycanın tarixi torpaqlarını mərhələli qaydada işğal edərək, onun ərazisində erməni dövləti yaradıb: "Rusiya bu siyasətini bir zamanlar Çar Rusiyası, sonra onun davamçısı olan sovet imperiyası və onun ardınca da növbəti davamçısı olan Rusiya imperiyası tərəfindən həyata keçirərək, işğal etdiyi Azərbaycan torpaqlarını ermənilərə hədiyyə edərək, onlara bu torpaqlarda dövlət yaradıb. Və onlara hər zaman havadarlıq ediblər və bu siyasət bu gün də davam edir. Azərbaycan torpaqlarının işğal olunaraq ermənilərə verilməsinin əsas səbəbkarı elə həmən Lavrovun təmisl etdiyi dövlətdir". E.Məmmədov əlavə edib ki, bu gün Dağlıq Qarabağ və onun ətrafındakı rayonların da işğal olunmasında Rusiyanın müstəsna rolu var: "Lavrov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını dilə gətirib. Ondan soruşuram, bəs kimin işidir? İndi Lavrova belə bir sulla müraciət edirəm ki, əgər sənin təmsil etdiyin ölkənin daxilində yaşayan xeyli sayda milli azlıqlar və muxtariyyətlər ayağa qalxıb öz müstəqilliyini tələb edərlərsə, onda biz də, sizə "bu sizin daxili işiniz deyil" deyə bilərikmi? Ən azından belə bir təhlükə Rusiyanın 20-30 əyalətində baş qaldıra bilər. Yəni, onu demək istəyirəm ki, Lavrov çox məntiqsiz və səhv fikir səsləndirib". Millət vəkili bildirib ki, Lavrov bununla ermənilərə Moskva sizinlədir mesaj verib: "Lavrov demək istəyib ki, biz işğalçının yanındayıq. Biz onları hər zaman qorumuşuq və işğala ilham veririk. Onları arxayın edirik ki, Azərbaycan sizə toxuna bilməz. Toxunsa, biz sizin yanınızda olacağıq". E. Məmmədov deyib ki, Lavrov və onun kimilər Azərbaycanı təhrik edirlər ki, güc yolu ilə torpaqlarını işğaldan azad etsin: "Biz müharibədən qorxmruq. Ancaq biz istəyirik müharibə olmasın. Lavrovun təmsil etdiyi dövlət ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, bu konflikti yaradan digər həmsədr ölkələr, o cümlədən beynlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həllinə nail olsunlar. Ancaq onların bir fikri var və onu da tutuquşu kimi hər dəfə təkrar edirlər ki, problemin müharibə və güc yolu ilə həlli yoxdur. Azərbaycan tərəfinin nümayəndəsi və vətəndaşı olaraq lavrovların fikrinin əksinə olaraq deyirəm ki, bu problemin sülh yolu ilə həlli yoxdur. Məsələni Azərbaycan əsgəri həll edəcək və işğala son qoyacaq. Biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik və işğaldan azad edəcəyik".
Millət vəkili sonda onu bildirib ki, Dağlıq Qarabağ Azərbaycanən ərazisidir və bütün məsələlər onun daxili işidir: "Azərbaycan ərazi bütövlüyünün təmin olunması məsələsində istədiyi addımı ata bilər". Millət vəkili Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, Zahid Oruc qeyd edib ki, Lavrovun mövqeyi Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yenidən gərginləşdirməyə xidmət edir. Onun sözlərinə görə, S.Lavrovun bəyanatı 90-cı illər Yeltsin dövrünün Qafqaz canişini Kazimirovun davranışlarını və Qarabağla bağlı aparılan avantüranı özündə dolğun əks etdirir: "Görünür, uzun müddət Suriya ətrafında 5 ildən artıq Amerika xarici siyasət idarəsinin rəhbəri apardığı danışıqlar zamanı ərəb coğrafiyasında yeni dövlətlər meydana çıxarmaq istəyən Qərbi suçlandırarkən rusiyalı nazir irəli sürdüyü hüquqi və siyasi arqumentləri unudur. Axı xarici müdaxilədən əziyyət çəkən və terror təhlükəsi ilə üz-üzə qalan yaxın Şərq dövlətlərinə Moskva yardım əlini uzadarkən bunu mütləq qurban seçilən dövlətin konstitusion hakimiyyətinin dəvəti ilə həyat keçirdiklərini qeyd edirlər. Əslində tamamilə doğru yanaşmadır. Elə isə, Azərbaycana çatanda nədən münaqişənin həlli beynəlxalq iradədən və hər hansı siyasi paytaxtlardan asılı qoyulmalıdır". Z. Oruc onun da deyib ki, Lavrovla Bakının münasibətləri yaxın tarixə qədər xeyli pis olub: "Hətta 2010-cu illərdə bir müddət diplomatik kontaktlar onun başı üzərindən qurulmaqda davam edirdi. Hər halda prezident İlham Əliyev Rusiyada hansı nazirliklərin ermənilərin xüsusi himayədarlıq etdiyini yaxşı bilir. Əgər xatirinizdədirsə, 4 günlük aprel müharibəsi zamanı ermənistanlı nazir Vardan Oskanyan Parisdən birbaşa Moskvaya gəlmişdi və onu agent adlandıran soydaşlarının İrəvanda etiraz aksiyalarına baxmayaraq, düz iki gün Lavrovla birgə Azərbaycanı cəzalandırmağın yolunu axtarmışdılar. Onda bir daha təmas xəttinə çoxminlik monitorinq missiyasını göndərmək və bütövlükdə sərhəddə kameralar quraşdırmaqla ordumuzun əl-qolunu bağlamağa yönələn planlar Lavrovla Nalbandyanın vahid mövqedə necə birləşdiklərini sübuta yetirmişdi.Lakin təbiətcə çox ehtiyatlı olan bu adam Putinin və Rusiya hərbi-sənaye kompleksinin qarşısında cəsarətlə rəsmi Bakıya silah satışının durdurlması tələbini qoya bilməmişdi". Millət vəkili onu da bildirib ki, Azərbaycanda belə bəyanatların şok doğruması başadüşüləndir: "Çünki söhbət təkcə status məsələsinin torpaqların işğaldan azad edilməsi faktından önə keçirilməsindən getmir. Əgər bir ölkə ərazi problemini beynəlmiləl məsələ sayırsa, xarici müdaxilə faktını qəbul edirsə, avtomatik olaraq, situasiya daha da qaranlıqlaşır, səngərin yeri itir. Reallıq odur ki, Abxaziya, Osetiya, Donbas və Qarabağ problemi milli dövlətlərin iradəsindən kənara çıxıb. İndi hərbi vasitə ilə bütün siyasi mərkəzlərin qərarını öz xeyrinə dəyişə bilməzsən. Lavrovdan soruşsan deyəcək ki, hətta Qarabağı Azərbaycanın tərkib hissəsi sayan Türkiyənin özünün də münaqişədə tərəf kimi marağı var. Ermənilərlə əsrlik probelmin çözülməsi, neft-qaz, yaxud geosiyasi mövqe davası. Belə olan təqdirdə, Putinin daha diplomatik dillə məsələyə son illər verdiyi qiymət onun nazirləri üçün də dəqiq çərçivə olmalıdır". Z. Oruc deyib ki, Avropa Şurasında ədalətə səs verən və Sərsəng su anbarı ilə ermənilərin işğalını pisləyən rusiyalı deputatları Putinin məşhər ayağına çəkdirmək istəyən də Lavrov olmuşdu: "Lakin rus prezdeint daha mötədil bir davranış sərgiləmişdi. Ona görə Lavrov Ermənistanda antirusiya aksiyalarını yaxşı görür. Biz onun etnik mənşəyinə deyil, təmsil etdiyi dövlətin maraqlarına görə Azərbaycanın ərazi bütövlüyünün təminatının daha böyük regional təhlükəsizliyə səbəb olacağını düşünürük. Bunu zamanla hamı qəbul edəcək".
Alim