Qərbin demokratiya adı altında səlib yürüşü
Artıq bir neçə on ildir ki, Qərbdən Şərqə doğru yeni səlib yürüşünə start verilib. Əvvəlki səlib yürüşlərindən fərqli olaraq bu dəfə qərbdəkilər Şərqə demokratiya pərdəsi altında təşrif buyururlar. Əgər ilk səlib yürüşlərində açıq-aşkar niyyət yeni ərazilər zəbt etmək, Şərqin münbit torpaqlarını ələ keçirmək idisə, bu dəfə həmin niyyət özünü arxa planda büruzə verir. Yəni bu dəfə Qərb Şərqə doğru demokratiya adı altında yürüş edərək onun zəngin təbii sərvətlərini ələ keçirməyə çalışır. Xüsusilə, bu mənfi tendensiya müsəlman, ərəb ölkələrinə qarşı münasibətdə özünü göstərir. Təkcə son bir neçə ildə Misir, Liviya, Yəmən, İraq, Suriya və digər ərəb ölkələrində yaşananlara diqqət etmək kifayətdir ki, bu qənaətə gələsən. Şərə demokratiya vəd edən Qərb nəticə etibarilə həmin ölkələrin siyasi rifahını pozur, onu idarəedilməz vəziyyətə gətirib çıxarır.
19 Yanvar 2017 15:06 SosialArtıq bir neçə on ildir ki, Qərbdən Şərqə doğru yeni səlib yürüşünə start verilib. Əvvəlki səlib yürüşlərindən fərqli olaraq bu dəfə qərbdəkilər Şərqə demokratiya pərdəsi altında təşrif buyururlar. Əgər ilk səlib yürüşlərində açıq-aşkar niyyət yeni ərazilər zəbt etmək, Şərqin münbit torpaqlarını ələ keçirmək idisə, bu dəfə həmin niyyət özünü arxa planda büruzə verir. Yəni bu dəfə Qərb Şərqə doğru demokratiya adı altında yürüş edərək onun zəngin təbii sərvətlərini ələ keçirməyə çalışır. Xüsusilə, bu mənfi tendensiya müsəlman, ərəb ölkələrinə qarşı münasibətdə özünü göstərir. Təkcə son bir neçə ildə Misir, Liviya, Yəmən, İraq, Suriya və digər ərəb ölkələrində yaşananlara diqqət etmək kifayətdir ki, bu qənaətə gələsən. Şərə demokratiya vəd edən Qərb nəticə etibarilə həmin ölkələrin siyasi rifahını pozur, onu idarəedilməz vəziyyətə gətirib çıxarır.
Yeni Azərbaycan Partiyasının üzvü, müstəqil ekspert Cəlal İbrahimov deyir ki, Qərbin məqsədi bizlərin onlara qibtə etməsinə nail olmaqdır. Onun sözlərinə görə, türk milləti qərbə qibtə etdikcə, dağılacaq və yox olacaq: "Biz özümüzə döndükcə isə var olcağıq, ədalətli olacağıq. Nəticə etibarilə ədalət, haqq yolunda dünyada bir çox ölkə bizlərə qibtə edəcək. Qərbin tək böləmədiyi bir neçə ölkə var ki, bu gün o ölkələrin başında;Türkiyə və Rusiya gəlir. Rusiyanın dağılması Avrasiyanın Qərb qüvvələrinin müstəmləkəsinə və quluna çevrilməsi ilə nəticələnə bilər". Ekspert hesab edir ki, Qərbin demokratiyası, çağdaşlığı,pulu,siyasəti, təhsili,birliyi sadəcə dünyamızın sərvətlərini və millətlərini talamağa hesablanıb və hazırda da bununla məşğuldurlar: "Dünyanı saxta beynəlxalq qurumları, saxta qida markaları və siyasətiylə sehirləyən Qərb qüvvələri bu yolla insanlarımızı milli birliyindən qopararaq, bütün dəyərlərdən uzaqlaşdırmaq yolunu tutublar. Artıq bu dünyaya aşkardır. Savaş yoluyla istədiklərini əldə edə bilməyəcəklərini başa düşən, Qərb qüvvələri indi də məkrli layihələri ilə bu işi davam etdirirlər. Dünyamızı işğal etmək məqsədiylə, saxta bank , pul , diplomatik və beynəlxalq qurumlar sistemi quraraq indi də işğalı bu formada davam etdirirlər. Biz millət olaraq, elə bir sistem qurmalıyıq ki, Qərb dünyasına qibtə etməyək. Biz elə etməliyik ki, dünya bizə qibtə etsin. Çünkü biz Türk milləti olaraq sadəcə,haqqa və ədalətə qibtə edən bir millətin əcdadlarıyıq. Qərbin dünyadaki xain hökmranlığına qarşı dünya insanları bir olmalıdır ki, dünyamız fəlakətlərlə üzləşmədən,xoşbəxliyinə və dincliyinə qovuşsun. Bunlar millətlərin bütün sahələrdə milli olmaması üçün, xain oyunlar quraraq öz saxta siyasətlərini həyata keçirirlər". Cəlal İbrahimov deyib ki, Qanburger Qərbin necə saxta yeməyidirsə, siyasəti də eyni qanburger kimidir: "Məqsəd insanlarımızın genetik hormonlarını pozaraq dünyamızı işğal etməkdir. Ona görə də xainsiz, fitnəsiz və insanlarımızın dinç şəkildə yaşaması, milli sistemin dövlətə, millətə xidmət edəcək ədalatə söykənən həyatımızın əsas parçası olmalıdır. Bu gün dünyanın beşdə birə yaxın zəngin torpaqlarını zəpt edən, ingilis siyasəti üzündən dünya mühasirəyə alınıb və dünya millətləri siniflərə bölünüb. Bu torpaqları zəpt edənlərin yurdlarında nə savaş var, nə də terror, talançılıq. Geri qalan coğrafiyalarda isə ya köləlik,ya da quldarlara boyun əymiş ölkələr mövcuddur. Sovetlər Birliyini dağıdan və oradan ayrılan ölkələri də
manqurtlaşdıran bu siyasətin əsas hədəfi,dünyanın bütün millətlərini tam köləliyə çevirməkdir. Bir virus kimi dünyaya yayılan, bu xain siyasət, dünya nemətləri və sərvətlərini öz bölgələrinə daşıyır. Bu siyasət dövlətləri həm talan edir, həm də ağıllı insanlarını alıb öz dövlətlərinə aparır. Bir sözlə həm canımızı alırlar, həm malımızı. Ona görə də dünyanın bir hissəsi qaranlıq, digər bir hissəsi isə aydınlıq içindədir. Bu aydınlığa isə kölə ölkələrdən zənginləri cəlb edirlər ki, onların da vəsaitlərini öz yürdlarına qoysunlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu həyatı onlara nəsib edən məzlumlar Qərb qapılarına üz tutduqda isə, onlar ya soyuğa, ya da aclıqla ölümə tərk edilir. Sonra da bizlərə demokratiyadan, ədalaətdən dərs keçməyə çalışırlar. Dünyayı qaranlıqlara bürüyənlərə qarşı birləşməsək, bölgəmizi qarışdıranlar, insanlarımızı elə bir hala salacaq ki, cəhalət toya getməli olacaq. Vətən, millət, dövlətçilik şuurunu insanlarımıza aşılamalıyıq ki, millətimiz hər hansı bir təhlükədə birlik nümayiş etdirə bilsin. Manqurtlaşmış bir Şərq dünyası ilə aydınlığa getmək mümkün deyil. Bunun üçün əsas şərt, insanların rifah içində yaşaması və bütün idarəçilərin ədalətli bir şəkildə xalqına xidmət etməsindən keçir".
Füzuli