Azərbaycan xalqı öz torpağını azad etmək hüququnu heç kimə verməyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindki mövqeyi daim ermənilərin maraqlarına xidmət edib. Nazirin mətbuat konfransında münaqişənin həlli ilə əlaqədar söylədiyi fikirlər bunun bariz nümunəsidir. Məhz həmin fikirlər Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, dünənə qədər bəzi “uzaqgörən politoloqlar” iddia edirdilər ki, Kreml Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəyir və bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir: “ Elə isə nədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt açıqlaması ilə Rusiyanın Qarabağ məsələsində mövqeyini bir daha və açıq formada bəyan etdi.

Rusiya xarici işlər naziri daim Ermənistanın maraqlarından çıxış edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindki mövqeyi daim ermənilərin maraqlarına xidmət edib. Nazirin mətbuat konfransında münaqişənin həlli ilə əlaqədar söylədiyi fikirlər bunun bariz nümunəsidir. Məhz həmin fikirlər Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, dünənə qədər bəzi "uzaqgörən politoloqlar" iddia edirdilər ki, Kreml Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəyir və bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir: " Elə isə nədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt açıqlaması ilə Rusiyanın Qarabağ məsələsində mövqeyini bir daha və açıq formada bəyan etdi. O, jurnalistin sualına cavab olaraq "Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq Azərbaycanın daxili işi də deyil" sözləri ilə ermənipərəst mövqeni bəyan etdi". Onun sözlərinə görə, S.Lavrov ermənilərə mesaj verdi ki, "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil", yəni Azərbaycan işğal altında olan əraziləri hərbi yolla işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva buna göz yummayacaq. Nəzərə almaq lazımdır ki, ötən ilin aprel ayında da eyni mövqe nümayiş etdirilmişdi: "Mən Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinin kifayət qədər əhəmiyyətli və təsiredici olduğunu inkar etmirəm. Paralel olaraq bununla əlaqədar diqqəti 3 məsələyə cəlb etmək istərdim. Əvvala, Azərbaycan xalqı birdəfəlik bilməlidir ki, Rusiya heç vaxt Qarabağ məsələsinin Azərbaycanın xeyrinə ədalətli həll olunması ilə razılamayacaq. Ona görə də Azərbaycan dövləti və ictimaiyyəti bu və digər məsələlərdə Rusiyadan birbaşa gözləntilərə son qoymalıdır. İkincisi, Lavrovun açıqlaması göstərdi ki, Qarabağ probleminin həllini istəməyən və ona imkan verməyən, elə bu rpoblemi yaradan da Rusiyadır. Nəhayət, üçüncüsü, Qarabağ münaqişəsinin həllinin bu qədər uzanması deməyə əsas verir ki, xarici siyasətdə yenilik edilməlidir. Odur ki, bu məsələnin həllində özümüzə güvənməliyik. Problemin həlli yolu da azad və demokratik, iqtsiadi cəhətdən qüdrətli dövlətdən, peşəkar ordudan və güclü vətəndaşdan keçir. Hər 3 şərtin formalaşması üçün Azərbaycanın şansı kifaqət qədər olub". BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib Azərbaycanın milli maraqları olan yerdə heç zaman susmaq olmaz: "BAXCP ölkə də yeganə müxalifət partiyasıdır ki, hər zaman açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağı Rusiya işğal edib və bütün danışıqlar də Ermənistanla deyil, Rusiya ilə aparılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov-un "Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid deyil" fikirləri də birbaşa beynəlxalq hüquqa ziddir". Onun sözlərinə görə, 1992-ci ildə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi var : " Necə yəni Azərbaycanın işlərinə adi deyil? Elə Rusiya BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi 4 qətnamənin qəbul olunmasına səs verib. Bütün dünya Qarabağı Azərbaycanın ərazısı kimi tanıyır və dəstəkləyir. Bu bizim birbaşa hüquqmuzdur ki, işğal olunmuş ərazilərimizi işğaldan azad edək. Öz suverenliyimizi təmin edək. Beynəlxalq hüquq da bizim tərəfimizdədir". Niyaməddin Orduxanlı Rusiya xarixi işlər naziri Sergey Lavrovu daim Ermənistanın maraqlarından çıxış etdiyini qeyd edib : "Lavrovu bu bəyanatına həm rəsmilərimiz, həm ictimaiyyət- QHT-lər, siyasi təşkilatlar, partiyalar, fəallar, bütölükdə xalqımız etiraz etməlidir. Onsuz da Lavrovu Azəraycan cəmiyyəti ermənilərlə qan qohumu olan siyasətçi kimi tanıyır. Və onun bu bəyanatı cəmiyyətimiz üçün gözlənilən idi. Ancaq Rusiya bilməlidir ki, Azərbaycan xalqı hər an öz torpağını azad etmək hüququnu heç kimə verməyib. Aprel döyüşləri də onu göstərdi ki, bizim xalq döyüşmək , müharibə aparmaq əzmindədir. Öz torpağı üçün canından belə keçəcək! "
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31