Gündəm
Azərbaycanla Avstriya arasında sosial xidmətlərin təşkili sahəsində təcrübə mübadiləsi aparılır
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasında səfərdədir. “Azərbaycanda sosial xidmət təminatının inkişafı” tvinninq layihəsi çərçivəsində həyata keçirilən səfərdə məqsəd Avstriyanın sosial müdafiə sistemi, çətin həyat şəraitində yaşayan şəxslər üçün sosial xidmətlərin təşkili, bu sahədə mövcud normativ-hüquqi baza və infrastrukturun, iqtisadi və təşkilati əsasların, ictimaiyyətlə iş praktikasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.
Atatürk Liseyində 20 Yanvar şəhidləri anılıb
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən liseyin müdiri Musa Ediz 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu söyləyib.
Narkomaniyaya qarşı mübarizə məqsədilə yeni çap məhsulları hazırlanıb
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar 10 min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanıb. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Komissiyasınınİşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə hazırlanan vəsait pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulub. Əyani vəsaitlər yeddi adda hazırlanıb.
Rusiya Ermənistanı silahlandırır
Rusiyanın xarici işlər naziri Segey Lavrovun Qarabağla bağlı məlum açıqlaması, Moskvanın Azərbaycanın İsraillə genişlənən hərbi əlaqlərindən narahatlığının göstəricisidir. Bu barədə açıqlamanı “OLAYLAR”-a politoloq Məhəmməd Əsədullazadə verib.
Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət edib
Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Tamaşanın nümayişindən öncə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət ediblər. Daha sonra “Ər və arvad” tamaşası festival iştirakçılarına və Təbrizli tamaşaçılara təqdim edilib. Böyük maraq və rəğbətlə qarşılanan tamaşanın nümayişi anşlaqa səbəb olub və təbrizlilərin xahişi ilə ikinci dəfə nümayiş olunub. Dövlət Musiqili Teatrının üç üzvü festivalın mükafatını qazanıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.
Avtobuslarda yeni DİLƏNMƏ ÜSULU - Telefonla danışarkən...
Ötən gün Türkiyənin İzmit şəhərində qəribə olay yaşanıb. Sərnişin avtobusunda mobil telefonu ilə danışarkən ağlayaraq uşağının xəstə olduğunu söyləyən adamı eşidən sürücü sərnişinlərdən ona yardım etmələrini istəyib.
Əsəd: “Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”
Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir.
3,4 milyon dolları ələ keçirən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Abdullayev, Nurlan Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BQXK şəhid əsgərin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.
Bitki genetik ehtiyyatları haqqında mütəxəssislərin səfəri
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) Genetik Ehtiyatlar Bölməsinin aparıcı mütəxəssisi Dr.Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının (BGE) sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, Polşalı alim Dr.Yan Konopkanı qəbul etmişdir.
20 Yanvar Azərbaycan Xalqının Milli Qürur günü!
Azərbaycan xalqının qan yaddaşına çevrilən, eyni zamanda azadlıq uğrunda mübarizəsini əks etdirən 20 Yanvar faciəsinin 27-ci ildönümü bütün respublikada həm kədər, həm də fəxarət hissi ilə qeyd olunur.
Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3867 nəfərdən 62-si uşaqdır
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfəri uşaqdır”.
Yeni silahların alınmasına dair Moskva ilə danışıqlar aparırıq
"Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”. Bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib. Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”. Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”. Apa.az
Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir. Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb. Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir. Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Apa.az
Əmək Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.














