20 Yanvar Azərbaycan Xalqının Milli Qürur günü!

Azərbaycan xalqının qan yaddaşına çevrilən, eyni zamanda azadlıq uğrunda mübarizəsini əks etdirən 20 Yanvar faciəsinin 27-ci ildönümü bütün respublikada həm kədər, həm də fəxarət hissi ilə qeyd olunur.

"20 Yanvar şəhidləri - Dünən, bu gün və sabah" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan xalqının qan yaddaşına çevrilən, eyni zamanda azadlıq uğrunda mübarizəsini əks etdirən 20 Yanvar faciəsinin 27-ci ildönümü bütün respublikada həm kədər, həm də fəxarət hissi ilə qeyd olunur.

"Yeni Nəbz" qəzetinin və "İslaminSesi" informasiya portalının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində  "20 Yanvar şəhidləri - Dünən, bu gün və sabah" mövzusunda mətbuat konfransı keçirildi.  Konfransda ölkənin ruhani alimləri, ziyalıları, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Tədbirdə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim hacı İlham Əliyev ilk olaraq çıxış etdi. İlham Əliyev öz çıxışında şəhidliyin ən şərəfli ölüm zirvəsi olduğunu bildirdi."Biz müqəddəs kiatbımızdakı hədislərdə də şəhadətin uca məqamaları insanlara çatdırılır". Daha sonra ağsaqqal Hacıağa Nuriyev çıxış etdi. O , 20 Yanvar hadisəsi zamanı igid oğullarımızın xalqımızı ləyaqətlə təmsil etdiklərini bildirdi. " 1990 - cı il 20 yanvar günü Rusiya imperiyasının siması Azərbaycanda açıldı". "İslamınSəsi" portalının baş redaktoru Xəyal Şükür adıçəkilən portalda "Şəhid haqqı" layihəsi barədə  tədbirə toplaşanlara ətraflı məlumat verdi. Tədbirdə iştirak edən QAT sədri Akif  Nağı qeyd etdi ki, 20 Yanvar  Azərbaycan xalqının milli qürurunun bərpa olunduğu gündü.

Daha sonra tədbirdə  ilahiyyatçı, alim hacı Əfqan Muradov, politoloq Zərdüşt Əlizadə və digərləri çıxış edərək 20 yanvar faciəsinin mahiyyətindən, bu hadisənin xalqımıza bəxş etdiyi nemətlərdən söz açıblar.  Əliyalın xalqın ən güclü silahlarla təchiz olunan Sovet qoşunlarının qarşısına çıxaraq müstəqillik, azadlıq uğrunda mübarizə aparmalarını Azərbaycanın qəhrəmanlıq salnaməsi kimi xarakterizə etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31