Gündəm
Tərəfdaşlıq Komitəsinin ilk iclası keçirilib
Yanvarın 19-da İqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrası, dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyi ilə həyata keçirilən əməkdaşlıq və bu sahələrdə atılacaq növbəti addımlar müzakirə edilib.
Ərdoğan: Türkiyə müdafiədən hücum mövqeyinə keçib
Türkiyə müdafiədən hücum mövqeyinə keçib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 35-ci muxtarlar toplantısında deyib. Dövlət başçısı qeyd edib: "Bir daha elan edirəm ki, bundan sonra növbə bizimdir. Türkiyə müdafiə mövqeyini tərk edərək hücum mövqeyinə keçib. Təhdidin mənbəyi haradadırsa, orada ilanın başını əzməyə qərarlıyıq. Suriyadakı əməliyyatlarımızın məqsədi də budur. Terror təşkilatları ilə mübarizəmizi artıq bu məqsədlə davam etdiririk". R.T.Ərdoğan bildirib ki, Türkiyə İraqdakı hadisələrə də bu məqsədlə müdaxilə edəcək: "Türkiyənin yanında olmayan qarşısındadır" prinsipi ilə mübarizəmizi genişləndirəcəyik". Trend.az
Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayıb
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gənclər üçün Təhsil Mərkəzi hesabat verdi
Bu gün Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
Xalça Muzeyində “Sədaqət” xalçasının təqdimatı keçirildi
Ötən gün Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı olub.
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi
AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılan 20 Yanvar faciəsinin 27-ci ildönü ilə əlaqədar keçirilən elmi konfransda ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Biləsuvar rayonunda “20 Yanvar Fasiəsi uşaqların gözü ilə”
19 yanvar 2017-ci il tarixində Biləsuvar rayon Dövlət Rəsm Qalereyasında 20 Yanvar Faciəsinin 27 ildönümü ilə əlaqədar “20 Yanvar Fasiəsi uşaqların gözü ilə” adlı sərgi keçirilib.
AMEA NKPİ-də 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçilib
Yanvarın 19-da AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun direktor müavini, t.e.d. Hikmət İbrahimov açdı. Şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu və yanvar hadisələri ilə bağlı H.İbrahimov geniş məlumat verdi. Tarixi kadrların nümayişindən sonra söz institutun Gənc Alimlər Şurasının üzvü Lalə Zamanovaya verildi. O, qanlı 20 yanvar faciəsinə həsr olunmuş tarixi məlumatlar verdi və şeirlər dinlənildi.
Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Yanvarın 19-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
ADU-da 20 Yanvar faciəsinin qurbanları anılıb
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına gedərək ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsində həyatını itirən şəhidlərimizin məzarlarını ziyarət edib və önünə tər gül dəstələri qoyublar.
“Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi
Bu həftə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə keçirilən məktəb yaşlı uşaqların sağlamlıqlarına həsr edilmiş təbdirlər yekunlaşdı. 16-17 yanvar tarixlərində təşkil edilmiş “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair iki günlük görüşün davamı olaraq 18-19 yanvar tarixlərində İSİM-də ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi.
“Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Nəşrə ön sözü Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yazıb. Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, əsas dini mərkəz və icmalardan, dini təhsil ocaqlarından, eləcə də qeyri-ənənəvi dinlər və dini cərəyanlardan geniş bəhs olunub, onların zərərli fəaliyyəti ətraflı izah edilib.
Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub
20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Ukrayna mətbuatında bu hadisələrlə bağlı geniş material yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Yerliversii.com saytında “Cinayətlərə görə Nobel mükafatı: ikiüzlülük yoxsa kinayə?” adı ilə yayımlanan məqalənin müəllifi Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyevdir.
AŞPA Azərbaycanla dialoqa hazırdır
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar. Bəyənat AŞPA-nın rəsmi saytında dərc olunub. Bəyanatda bildirilir ki, islahatlar prosesinə yeni impuls vermək, xüsusilə məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir: “Biz Azərbaycan hökuməti və vətəndaşlarla bu islahatları müəyyənləşdirmək və həyata keçirmək sahəsində əməkdaşlıq etməyə hazırıq”.
Rusiya vətəndaşları Ermənistana səfər edə biləcəklər
Rusiya vətəndaşları xarici pasport olmadan Ermənistana səfər edə biləcəklər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. O bildirib ki, Ermənistan hökuməti dövlətlərarası razılaşmanı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin xarici işlər nazirlikləri layihənin təsdiqi barədə bir-birinə xəbər verməlidir. Müvafiq işlərin bu ilin yayınadək yekunlaşacağı gözlənilir. Bu barədə APA.az “news.am” saytına istinadən xəbər verir.














