AMEA NKPİ-də 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçilib

Yanvarın 19-da AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun direktor müavini, t.e.d. Hikmət İbrahimov açdı. Şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu və yanvar hadisələri ilə bağlı H.İbrahimov geniş məlumat verdi. Tarixi kadrların nümayişindən sonra söz institutun Gənc Alimlər Şurasının üzvü Lalə Zamanovaya verildi. O, qanlı 20 yanvar faciəsinə həsr olunmuş tarixi məlumatlar verdi və şeirlər dinlənildi.

Sonda auditoriyadan ürək sözlərini çatdırmaq istəyənlər çıxış etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31