Atatürk Liseyində 20 Yanvar şəhidləri anılıb 

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən liseyin müdiri Musa Ediz 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu söyləyib.

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən liseyin müdiri Musa Ediz 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu söyləyib. O, hər zaman 20 Yanvar şəhidlərinin xatirəsinin əziz tutulduğunu söyləyib. Bildirib ki, təkcə Azərbaycan deyil, qardaş Türkiydə hər il faciə qurbanları böyük ehtiram hissi ilə anılır. Liseyin müəllimi Müşfiq Əlizadə isə çıxışında 1990-cı ilin əvvəllərində ölkədə cərəyan edən hadisələr, 20 Yanvar faciəsini doğuran səbəblər barədə danışıb. Bildirib ki, həmin ərəfədə son nəfəsini yaşayan Sovet İmperiyası hər vasitə ilə SSRİ saxlamağa, onu dağılmaq təhlükəsindən xilas etməyə çalışırdı. Bunun yolu isə qan tökmək, insan qətlə yetirməkdə görürdü: "Düşünürdü ki, insanların gzünü qorxutmaqla imperiya özünü xilas edəcək. Ancaq bu heç də imperiyanın arzuladığı kimi olmadı. Düzdür, bu yolda moxsaylı vətən oğullarımız şəhid olsa da, lakin Azərbaycan öz müstəqilliyinə qovuşdu". Müşfiq Əlizadə 20 Yanvar şəhidlərinin hər zaman böyük ehtiramla yad ediləcəyini söyləyib. Çıxışlardan sonra liseyin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şerlər səsləndirib, mahnılar ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31