Rusiya Ermənistanı silahlandırır
Rusiyanın xarici işlər naziri Segey Lavrovun Qarabağla bağlı məlum açıqlaması, Moskvanın Azərbaycanın İsraillə genişlənən hərbi əlaqlərindən narahatlığının göstəricisidir. Bu barədə açıqlamanı “OLAYLAR”-a politoloq Məhəmməd Əsədullazadə verib.
19 Yanvar 2017 16:07 SiyasətRusiyanın xarici işlər naziri Segey Lavrovun Qarabağla bağlı məlum açıqlaması, Moskvanın Azərbaycanın İsraillə genişlənən hərbi əlaqlərindən narahatlığının göstəricisidir. Bu barədə açıqlamanı "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə verib. O, bildirib ki, bu Azərbaycana qarşı mesajdır: " Məhz Lavrovun bu açıqlamasının ardınca Rusiya Ermənistana "NEBO-M" payn stansiyasının göndərdi. Həmin stansiya, Azərbaycanın İsraildən aldığı stansiya ilə demək olar eynidir. Qeyd edim ki, "Buradakı Nebo-M Azərbaycanın İsraildən əldə etdiyi EL/M-2084 Qrin Payn stansiyasına cavab olacaq. Bu kompleks həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstanla hava məkanında böyük ərazini nəzarətdə saxlaya bilir. Azərbaycanın İsraildən aldığı Qrin Payn isə 500 km radiusa nəzarət edə bilir". Politoloq deyib ki, Rusiya daima Azərbaycana öz silahlarını satmaqda maraqlıdır: "Və, üçüncü ölkə ilə Azərbaycanın hərbi əməkdaşlığından xüsusilə, İsraillə 5 mlrd dollar məbləğində yüksək texnologiyalı silahların almasını qıcıqla qarşılayır.Görünür, rəsmi Moskva Azərbaycanın Pakistan və İsrail silahları ilə silahlanmasını narahatlıqla qarşılayır".