İstanbulda “Fotoqraflarla Azərbaycan” adlı sərgi təşkil olunub 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan “Gateway” şirkəti tərəfindən İstanbuldakı “Yeniqapı” Metro Stansiyasının sərgi salonunda “Fotoqraflarla Azərbaycan” adlı sərgi təşkil edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan "Gateway" şirkəti tərəfindən İstanbuldakı "Yeniqapı" Metro Stansiyasının sərgi salonunda "Fotoqraflarla Azərbaycan" adlı sərgi təşkil edilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ölkəmizin turizm imkanlarının fotolarla əks olunduğu sərginin açılışında çıxış edən "Gateway" şirkətinin icraçı direktoru Nurlana Çakmak bildirib ki, Azərbaycan Türkiyədə yetərincə tanınsa da, hələ də açılmayan tərəfləri var. Bu sərgi də məhz həmin o fərqli səhifələri tanıtmaq məqsədi daşıyır: "İki qardaş ölkə kimi ortaq mədəniyyətə malik olduğumuz üçün dilimiz, dinimiz, mətbəximiz bir-birinə çox yaxındır. Biz bütün İstanbul sakinlərini sərgiyə dəvət edərək Azərbaycanı daha yaxından tanımağa səsləyirik". Qeyd edək ki, sərgidə Azərbaycanın tarixi məkanları və turizm imkanlarını əks etdirən 40-dan çox foto nümunəsi istanbulluların ixtiyarına verilib. Sərgi yanvarın 22-nə qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31