20 Yanvar şəhidləri yad edilib

“Azəravtoyol” ASC-də 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Səhmdar Cəmiyytin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Saleh Məmmədov 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini bildirib.

"Azəravtoyol" ASC-də 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Səhmdar Cəmiyytin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Saleh Məmmədov 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini bildirib. O, əlavə edib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyib.: "Bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. Bir sözlə Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi."

S.Məmmədov çıxışı zamanı əlavə edib ki, bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, 20 Yanvar şəhidlərinin ailələrinin, faciə zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və

dövlət qayğısının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən əməli tədbirlər görülür, dövlət başçısı bununla bağlı onlarla Fərman və Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31