Binəqədidə orta ümumtəhsil məktəblərinin fəaliyyəti müzakirə edilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon orta ümumtəhsil məktəblərinin 2016-cı ildəki fəaliyyətinə dair iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
19 Yanvar 2017 13:42 SosialBinəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon orta ümumtəhsil məktəblərinin 2016-cı ildəki fəaliyyətinə dair iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. İclasda Xaləddin İsgəndərov deyib ki, son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri ildən-ilə artıb. Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın müşavirəsində səsləndirilən fikirlərə toxunan X.İsgəndərov təhsil müəssisələrində də korrupsiya hallarının baş verməsinin ciddi narahatçılıq doğurduğunu, müşavirədə bəzi orta ümumtəhsil məktəblərində valideynlərdən əsassız ödənişlərin tələb edilməsi ictimaiyyət arasında ciddi narazılıq yaratdığını da qeyd olunduğunu bildirib. Xaləddin İsgəndərov təhsilin keyfiyyəti, təhsil sahəsində, xüsusilə orta ümumtəhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, təhsil idarəçiliyi, ümumi nəzarətin təşkili, təhsillə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması və digər məsələlərə toxunub. Eyni zamanda 16-46 Sakinlərin Müraciət Xidmətinə təhsillə bağlı daxil olan şikayətlərin araşdırılması və mənfi halların aradan qaldırılması məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi tapşırılıb.