Komitə və nazirliklər parlamentə hörmətsizlik edirlər?
“Milli Məclisin İnsan hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.
19 Yanvar 2017 12:29 Sosial"Milli Məclisin İnsan hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov adıçəkilən komitənin yanvarın 19-da keçirilən iclasında deyib. Onun sözlərinə görə, belə olan halda vətəndaş MM-dən incik düşür: "Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!" MM-in İnsan hüquqları komitəsinin sədri Bahar Muradova isə Y. Abramovun fikirləri ilə razılaşmayıb. Vitse-spiker bildirib ki, dövlət qurumlarının MM-in göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: "Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır".