Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub

Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31