Vergidən yayınan şirkətlərin adları açıqlandı

Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı olan gömrük orqanları sahibkarlar, biznes nümayəndələri arasında mütəmadi olaraq təbliğat işi aparır və xarici iqtisadi fəaliyyət nəticəsində qanunvericilikdə nəzərdə tutulan gömrük vergi və rüsumlarının xalqımızın rufah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil, səhiyyə və sosial sahədəki məsələlərin həllində mühüm rol oynadığı xüsusilə vurğulanır. Komitədən verilən məlumata görə,  aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici İqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı  müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda  idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır. Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları  gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin  fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. 

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra  invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi  müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

Invoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

13046,63 avro

18543,63 avro

5497 avro

2

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

16013,72

22627,77 avro

6614,05 avro

3

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

14840,21 avro

20991,88 avro

6151,67 avro

4

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

12230,60 avro

18628,08 avro

6397,48

5

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

13117,94 avro

21117,94 avro

9000 avro

6

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

14545,14 avro

33400,32 avro

18855 avro

7

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

8604 avro

12604,61 avro

4000,61 avro

8

" Aksesuar"  Ticarət və Sənaye LTD ŞTİ

12645,70 avro

15645,70 avro

3000 avro

9

"ABA Trading"

5230,56 avro

25757,81 avro

20527,25 avro

Cədvəldən də göründüyü kimi ümumilikdə   80043,06 avro vəsaitin  gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və  bir daha bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən  yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq  ictimaiyyətə açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31