20 Yanvar faciəsi Bəstəkarlar İttifaqında anılıb
Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
18 Yanvar 2017 18:29 SosialYanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
Bəstəkarlar İttifaqından "Olaylar" - a verilən məlumata görə İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək, Azərbaycan bəstəkarlarının 20 Yanvar Faciəsinə həsr olunmuş əsərləri haqqında geniş məlumat verdi.
Daha sonra tədbirdə Azərbaycan bəstkarlarının 20 Yanvar faciəsinə həsr olunmuş yüksək bədii əhəmiyyət kəsb edən əsərlər sırasında Əməkdar incəsənət xadimi Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün 9 saylı "20 Yanvar" Simfoniyası və Əməkdar incəsənət xadimi Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün "Azadlığa gedən yollar" Odası səsləndirildi. Hər iki əsər Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə alınıb.
Həmçinin, bəstəkar Sərdar Fərəcovun "Vətən dara düşəndə" Marşı, Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi "Şəhidlər", "Vətən, sənin şəhidlərin", "Bayraqtəpə qartalları" və "Çağırış" mahnılarına çəkilmiş yeni klipləri nümayiş etdirildi.
Əməkdar artist Elza Seyidcahanın Məryəm Aslanın sözlərinə bəstələdiyi yeni teatrlaşdırılmış vokal kompozisiya - "Şəhidlər" Balladası solistlərin və Pantomima Teatrının aktyorlarının ifasında təqdim edildi.
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti üzvlərinin, tanınmış musiqi-ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə musiqişünaslar - sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, həmçinin bəstəkarlar - Xalq artisti Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Rəna Qədimova və müəlliflər çıxış edərək, təqdim olunan əsərlər, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 Yanvar faciəsinin geni. əks olunması barədə danışdılar.