Rusiya Qarabağ probleminə ciddi yanaşmır

“Rusiya xarici İşlər naziri Sergey Lavrovun "Qarabağın azadlığı Azərbaycanın daxili işi deyi!", bəyanatından da neqativ davranış ola bilməz”.

"Rusiya xarici İşlər naziri Sergey Lavrovun "Qarabağın azadlığı Azərbaycanın daxili işi deyi!", bəyanatından da neqativ davranış ola bilməz". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay çıxış edib. O, bildirib ki, bu elə Lavrovun İçindən gələn cavabdır: " Və ola bilsin ki, Kremlin Azərbaycana və təbii ki Qarabağa səmimi mövqedən çəkinməsi təzahürüdür. Azərbaycan xarici İşlər naziri Elmar Mammədyarov da əslində tam adekvat və sərt cavab verib. Bildirib ki, Rusiya ciddi yanaşarsa, Qarabağ məsələsi öz həllini tapar. Yəni Qarabağ probleminin acarı Rusiyanın əlindədir və sadəcə bu işə ciddi yanaşmır ki, problem həll olunsun. Yəni, Qarabağ problemini Rusiya yaradıb və onun həllində ciddilik göstərməmək qədər maraqlı deyil. Bu isə, Qarabağ məsələsi ilə bağlı Rusiyaya qarşı Azərbaycanın görünməmiş ciddi ittihamıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31