Qrip və kəskin respirator virus infeksiyalarına qarşısı alınır

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında  bildirdi ki,  Səhiyyə Nazirliyinin 24.02.2014-cü il tarixli 13 saylı əmri ilə təsdiq olunmuş 2010-2016-cı illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Milli Fəaliyyət Planının icrasına dair kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin və poliomielitə qarşı immunizasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra rayonlarda dəstəkləyici kurasiya tədbirləri aparılmış, eyni zamanda Milli Fəaliyyət Planı ilə müəyyən edilmiş ərazilərdə polioviruslar üzərində ətraf mühitin daimi monitorinqi davam etdirilir.

Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilir.

Afaq Əliyeva qeyd etdi ki, Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alınıb.

"Hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılır. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31