3093 nəfər əmək birjaları vasitəsilə işlərə göndərilib

Ötən il boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən ibarət 3 093 nəfər Xidmətin Əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib.

Ötən il boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən ibarət 3 093 nəfər Xidmətin Əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli məlumat verib. Xidmət rəisi əlavə edib ki, xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə Səyyar Əmək Birjalarının fəaliyyəti də il ərzində davam etdirilib: "Peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib, onlara əmək bazarına uyğun düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü məsləhətləri verilib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 370 müəssisə tərəfindən 1 838 boş (vakant) iş yeri təqdim olunub, 215 nəfərə işə göndəriş verilib, işəgötürənlər tərəfindən 2 348 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul edilib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31