Banklar müştərilərə əlavə borc yükləyirlər
Bank müştərilərinə əlavə borcların yazılması halları davam etməkdədir. Vətəndaş Rəşad Paşayev redaksiyamıza müraciət edərk bank tərəfindən əlavə borcla yükləndiyini bildirib: “Mənim Yapı Kredi Bank Azərbaycana “avtokreditim” olub. 29 ay müddətində krediti heç bir problem olmadan ödəmişəm. Lakin ölkədə baş verən devalvasiyadan sonra borcu ödəməkdə müəyyən yubanmalar yarandı. Sonradan isə banka olan bütün borcu ödədim”.
18 Yanvar 2017 16:23 SosialBank müştərilərinə əlavə borcların yazılması halları davam etməkdədir. Vətəndaş Rəşad Paşayev redaksiyamıza müraciət edərk bank tərəfindən əlavə borcla yükləndiyini bildirib: "Mənim Yapı Kredi Bank Azərbaycana "avtokreditim" olub. 29 ay müddətində krediti heç bir problem olmadan ödəmişəm. Lakin ölkədə baş verən devalvasiyadan sonra borcu ödəməkdə müəyyən yubanmalar yarandı. Sonradan isə banka olan bütün borcu ödədim". Vətəndaş bildirib ki, buna baxmayaraq Bank onu məhkəməyə verib: "Məhkəməyə təqdim etmək üçün Bankdan borcumun olmaması ilə bağlı arayış aldım. Arayışda yazılıb ki, kredit borcu tam çəkildə ödənilib. Lakin əlavə qeyd kimi göstərilir ki, kollektor şirkətinə 20 faiz borcum qalıb. Başa düşə bilmirəm ki, mən banka borcumu ödədiyim halda kollektor şirkətini niyə əlavə faiz ödəməliyəm?".