“İçəri Şəhər” Park Cinemada

Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq “İçəri Şəhər” bədii filmi Park Cinema kinoteatrlarında nümayiş olunacaq.

Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq "İçəri Şəhər" bədii filmi Park Cinema kinoteatrlarında nümayiş olunacaq.

Cəfər Cabbarlı adına "Azərbaycan" kinostudiyasından "Olaylar" - a verilən məlumata görə filmin seansları aşağıdakı kimidi:

Park Bulvar: 22:00; 00:20;

Metro Park: 19:45; 22:10; 00:30;

Flame Towers: 11:40; 14:00; 16:20; 18:40; 21:00; 23:20; 01:40;

Zaqulba: 12:10; 14:30; 16:50; 19:10; 21:30; 23:50.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31