Türkiyədə terror planlaşdıran Abud Maho tutuldu - VİDEO

Türkiyənin Şanlıurfa şəhərindən həyəcanlı xəbər gəlib. Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində "canlı bomba" ələ keçib. Qeyd edilir ki, terrorçu İŞİD üzvüdür.

Türkiyənin Şanlıurfa şəhərindən həyəcanlı xəbər gəlib. Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində "canlı bomba" ələ keçib.

Qeyd edilir ki, terrorçu İŞİD üzvüdür.

Terrorla Mübarizə İdarəsinin qrupları, Suriyanın PYD-nin nəzarətində olan Talebyad şəhərindən qeyri-qanuni yollarla sərhədi keçən İŞİD-çi terrorçu Abud Mahhonu gizləndiyi evdə ələ keçiriblər.

Abud Mahho ilkin ifadəsində İŞİD üzvü olduğunu etiraf edib.

O, sərhədi keçdiyi vaxt çuvalda torpağa basdırdığı canlı bombanın hazırlanmasında istifadə edilən vəsaitlərin yerini göstərib. Göstərilən yerdə qazıntı aparan polislər çuvalın içərisində 3 əl bombası, 3 uzaqdan xəbərdarlıq cihazı, 6 kapsula və 3 kilo 560 qram RDX partlayıcısı ələ keçiriblər.

Abud Mahhonun dindirilməsi davam edir. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31