Gənc alimlər 20 Yanvar Faciəsinin qurbanlarını andılar
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirildi. Faciə qurbanlarının ruhlarının bir dəqiqə sükutla yad edilməsi ilə başlanılan tədbiri açıq elan edən Şura sədri, dosent Famin Salmanov qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndi. Onun sözlərinə görə, 27 il bundan öncə baş vermiş 20 yanvar hadisəsi, mütləq müstəqilliyimizin bərqərarında xüsusi önəm daşısa da, o gün Azərbaycanın tarixində qanlı faciə statusunda qalmaqdadı və hər il xalqımız tərəfindən eyni ürək ağrısı ilə anılır.
18 Yanvar 2017 15:52 SosialAzərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirildi. Faciə qurbanlarının ruhlarının bir dəqiqə sükutla yad edilməsi ilə başlanılan tədbiri açıq elan edən Şura sədri, dosent Famin Salmanov qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndi. Onun sözlərinə görə, 27 il bundan öncə baş vermiş 20 yanvar hadisəsi, mütləq müstəqilliyimizin bərqərarında xüsusi önəm daşısa da, o gün Azərbaycanın tarixində qanlı faciə statusunda qalmaqdadı və hər il xalqımız tərəfindən eyni ürək ağrısı ilə anılır.
F.Salmanov diqqətə çatdırdı ki, hər bir Azərbaycanlının, xüsusən yetişməkdə olan gənc nəsilin 20 Yanvar faciəsi ilə bağlı müəyyən mənəvi borcları var.
Şura sədri vurğuladı ki, hər bir gənci bu proseslərdə fəal olmağa, tək anım günlərində deyil, imkan yarandığı təqdirdə hər zaman şəhidlərimiz qarşısındakı vəzifə borclarını şərəfi ilə yerinə yetirməyə çağırdı. F.Salmanov həmin faciədə AMEA Polimer Materialları İnstitutunun 3 (kimya elmləri doktorları - İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova), Riyaziyyat və Mexanika İnstitutunun 1 əməkdaşının (Yusif Safdıqov) şəhid olduğunu dedi.
Daha sonra AMEA A.Bakıxanov adına Tarix İnstitutunun gənc alimi Raisa Cəfərova, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun gənc alimi Aynurə Paşayeva, AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin rəhbəri professor Sayalı Sadıqova, AMEA Polimer Materialları İnstitutunun gənc tədqiqatçısı Nüşabə Arzumanova və AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Cahid İsmayiloglu fikirlərini bölüşdülər, rəy və təkliflərini səsləndirdilər.