Yoluxucu xəstəliklərin qarşısının alınması tədbirləri gücləndirilir
“Təqdirəlayiq haldır ki, ÜST tərəfinfən Azərbaycanda qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan tədbirlər yüksək qiymətləndirilmiş və qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqlənərək xüsusi sertifikatlar təqdim olunmuş və Səhiyyə Nazirliyinə rəsmi təbrik məktubları göndərilib.” - bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında deyib.
18 Yanvar 2017 15:56 Sosial"Təqdirəlayiq haldır ki, ÜST tərəfinfən Azərbaycanda qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan tədbirlər yüksək qiymətləndirilmiş və qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqlənərək xüsusi sertifikatlar təqdim olunmuş və Səhiyyə Nazirliyinə rəsmi təbrik məktubları göndərilib." - bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında deyib.
Daha sonra Afaq Əliyeva ölkəyə daxil olan preparatlar ÜST-nın prekvalifikasiyasını keçmiş vaksinlər olduğunu bildirdi.
Mərkəzin illik hesabatında Respublikada peyvəndlərlə idarə olunan yoluxucu xəstəliklərin qarşısının alınması tədbirlərinin daha da gücləndirilməsi məqsədilə son illər əlavə immunlaşdırma tədbirləri tətbiq edildiyi vurğulandı. 2007-ci ildən başlayaraq hər il aprel ayında Avropa İmmunlaşdırma Həftəsinə qoşularaq ölkəmizdə bu tədbirin keçirilməsi, 2015-2016-cı illərdə risk qrupuna aid olan tibb işçilərinin B hepatiti əleyhinə peyvənd olunması, 2015-cı ilin oktyabr-noyabr aylarında poliomielitə qarşı əhatə səviyyəsi 95%-dən aşağı olan rayonlarda əlavə immunlaşdırma tədbirlərinin aparılması, 2014-cü ilin oktyabr ayında qızılca və məxmərəyə qarşı, 2015-2016-cı illərdə miqrasiya edən böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı əlavə immunlaşdırma tədbirləri aparılıb.
Son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilib. 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq edilməsi bu gün Azərbaycanda, uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib.
Bundan əlavə 2016-cı ilin aprel ayından respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılmış, ikivalentli OPV vaksinin istifadəsinə başlanılıb.