Malidə törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb

Malidə hərbi düşərgədə törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb. Hadisə ölkənin şimal-şərqindəki Qao şəhərində baş verib.  Hərbi düşərgənin yaxınlığında park edilən avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Düşərgədə hərbçilər və bir sıra silahlı qrupların üzvləri qalırmış. Onlar ölkənin şimalında hərbi münaqişənin tənzimlənməsinə dair razılaşmanın yerinə yetirilməsi işinə nəzarət edib. 

Qeyd  edək ki, Malidə böhran Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən sonra başlayıb. Həmin vaxt tuareq qəbiləsinə aid qaçqınlar  Malinin şimalında məskunlaşaraq bu ərazilərdə Azavad dövləti yaradıldığını bəyan ediblər. Sonra tuareqlər ekstremistlər tərəfindən qovulub. 2013-cü  ildə BMT qərarına əsasən ölkəyə çoxprofilli missiya göndərilib.   Bu barədə APA.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31