“Bakı Metropoliteni”nə məlumat turu təşkil ediləcək
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə növbəti Məlumat Turu təşkil edəcək. “OLAYLAR”-ın xəbərinə görə, yanvarın 26-da baş tutacaq məlumat turu Səhmdar Cəmiyyətin Təlim-tədris Mərkəzinin inzibati binasında keçiriləcək.
18 Yanvar 2017 15:58 SosialAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə növbəti Məlumat Turu təşkil edəcək. "OLAYLAR"-ın xəbərinə görə, yanvarın 26-da baş tutacaq məlumat turu Səhmdar Cəmiyyətin Təlim-tədris Mərkəzinin inzibati binasında keçiriləcək.
ARGTMŞ-ın məlumat turu zamanı iştirakçılara gənclərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin xətləri və stansiyaları, elektrik deposu, sərnişin qatarları, tunellərdən (sərnişin qatarlarından) və stansiyalardan sərnişinlərin təxliyyə qaydaları və metropolitendən istifadə qaydalarının öyrənilməsi, əməl olunmasının vacibliyi, sərnişinlərin metropolitenə yaratdığı çətinliklər, sərnişin vandalizmi haqqında məlumat veriləcək və eləcə də iştirakçılar ilə birlikdə elektrik deposuna ziyarət olunacaq və iştirakçıları maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılacaqdır. ARGTMŞ-ın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 70 gənclər təşkilatının 250-dən çox nümayəndəsi 15 məlumat turunun iştirakçısı olub.