Gündəm
“Yarımçıq xatirələr” filmi nümayiş olunacaq
Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda nümayiş olunacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə baş tutacaq nümayiş 24 yanvar saat 15:00-da Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçiriləcək.
Tarixi Muzeyində 20 yanvar faciəsi
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 yanvar – Ümumxalq hüzn günü”nə həsr olunmuş "20 yanvar – fəxrlə andığımız gün" adlı tədbir keçirilib. Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunub.
Azərbaycanda ürəyin transplantasiyası həyata keçiriləcək
“Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.”Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
Fövqəladə vəziyyət elan edildi
İspaniyanın bütün ərazisində kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Qarlı və şaxtalı hava ölkə ərazisində artıq neçə gündür hökm sürür. Yerli metereoloji idarənin məlumatına görə, İspaniyanın bəzi bölgələrində temperatur mənfi 12 dərəcəyədək düşüb. Güclü külək və qar, demək olar ki, bütün şəhərlərdə qeydə alınıb. Barselonada və digər sahilyanı şəhərlərdə dalğaların hündürlüyü 3 metrə çatıb. Fövqəladə vəziyyət yalnız Kanar adalarına şamil edilməyib. Trend.az
Moskvada fahişələr leytenantı zorlayıblar
Moskvada əxlaqsızlıq yuvasında keçirilən əməliyyat zamanı maraqlı hadisə yaşanıb. Əməliyyat zamanı kiçik leytenant qadınlar tərəfindən təcavüzə məruz qalıb. Belə ki, plana əsasən, polis qadınlarla sövdələşərək xidmətə görə 10 min rubl ödəməli və daha sonra özünü təqdim edərək, elə pulu verən zaman onları saxlamalı imiş.
"Reina" terrorçusunun mənzilindən tapılan 197 min dolların SİRRİ AÇILDI - FOTO
"Reina" terrorçusu ilə bağlı yeni detallar ortaya çıxıb. "Reina"ya hücum edən Tacikistan əsilli Özbəkistan vətəndaşı Abdulqadir Maşaripovun ələ keçirilməsi ilə bağlı istintaq prosesi 36 saata yaxındır ki, davam edir. Bu istintaq prosesi zamanı o da məlum olub ki, terrorçunun qaldığı evdə aşkar edilən 197 min dollar terror sonrası qatilin qaçması üçün İŞİD tərəfindən verilibmiş. Bu barədə Milli.az hurriyet-ə istinadən xəbər verir.
Fransız yazıçısı Jerar Kardon Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Şəhidin qardaşı qatildən onun "intiqamını aldı"
İstanbuldakı "Reina" klubunda 39 nəfəri öldürən terrorçu Abdülqadir Maşaripov 17 gün sonra, dünən tutulub. Onun qaldığı evə edilən basqın zamanı polislərin arasında "Reina"da şəhid olan polis Burak Yıldızın qardaşı da olub.
"Reina" terrorçusunun yerini kim xəbər verdi?
Hürriyetin yazarı Abdulkadir Selvi Yeni il gecəsi "Reina"da 39 adamı qətlə yetirən terrorçu Maşaripovun yerini bir qadının xəbər verdiyini yazıb. Bu məlumatın polisin işini olduqca asanlaşdırdığı ifadə edilir.
Hər şeydən əvvəl Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etmək istəyirik
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts arasında görüş başlayıb. S. Lavrov bu ildən ATƏT-ə sədrlik edən avstriyalı həmkarını bu gün dinləmək istədiyini bildirib. "Biz sizin ATƏT-ə sədrlik proqramınızı öyrənmişik.
IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq
"Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva IX və XI sinif üzrə buraxılış imtahanları zamanı tətbiq olunacaq yeni qaydalara həsr olunmuş mətbuat konfransında deyib.
Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər
"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər". Bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts "Sputnik"ə müsahibəsində bildirib. "Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər", - deyə S. Kuts vurğulayıb.
Məhəmməd Məmmədov: "Hər ay qovşaqlardan 5 min manat alınırdı" - “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azər Həsrət: “Forum Azərbaycanın imkanlarının genişləndirilməsi üçün əhəmiyyətlidir”
“Ümumiyyətlə Azərbaycanın Davos İqtisadi Forumu kimi yüksək səviyyəli platformalarda iştirakı həm ölkəmizin tanıdılması, həm də ölkəmizə yeni imkanların cəlb edilməsi baxımından əhəmiyyətlidir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: “Bizi haqlı yolumuzdan heç nə döndərə bilməz”
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasını heç vaxt istəməyib və həmişə ikili siyasət aparıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları da bunu göstərdi”. Bu fikiriləri millət vəkili Azər Badamov deyib.














