Gündəm

Pirallahı sakinindən odlu silah götürülüb

18 Yanvar 2017 13:23

Pirallahı qəsəbə sakinindən nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Zaur Rzayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb.

Quldurluq edən şəxs yaxalanıb

18 Yanvar 2017 13:22

Quldurluq etməkdə şübhəli bilinən şəxs Şəmkir rayonunun Seyfəli kəndi ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qisimində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib.

Şəki və Babək sakinləri qanunsuz saxladığı silahları təhvil verdi

18 Yanvar 2017 13:19

Şəki rayonunun Baş Kəldək kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngini könüllü olaraq ŞRPŞ-yə təhvil verib. Həmçinin, Babək rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib. Məlumata görə, Babək rayon sakini Qurban Hüseynov tapdığı “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Məşğulluq orqanları tərəfindən 56 631 nəfər işlə təmin olunub

18 Yanvar 2017 13:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. “Olaylar” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kollegiya iclasında məlumat verib.

Nazir: “Ötən il pensiyalarda 8 faiz artım qeydə alınıb”

18 Yanvar 2017 13:14

“Ötən il qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artmış, bütün sosial proqramlar uğurla icra edilmiş, sosial təşəbbüslər daha da genişləndirilmişdir”.

Yeni taksi dayanacaq yerləri müəyyən ediləcək 

18 Yanvar 2017 13:12

Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirləri davam etdirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların çatdırılması, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin "Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsidir. Bu çərçivədə növbəti tədbir metronun "Qara Qarayev" stansiyasının ətrafında keçirilib.

Münaqişənin ATƏT-in öhdəsinə buraxılması yanlışdır

18 Yanvar 2017 13:08

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib. XİN rəhbəri “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib: "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”. Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

DİM: IX sinfin buraxılış imtahanlarında iştirak etməyən şagirdlərə attestat verilməyəcək

18 Yanvar 2017 13:07

2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcək. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib ki, təsdiq olunmuş yeni qaydalara əsasən IX sinifdə buraxılış imtahanı II mərhələdə təşkil olunacaq.

Aydın Mirzəzadə: "Davos Forumu Azərbaycan üçün növbəti imkandır"

18 Yanvar 2017 13:04

"Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı həm iqtisadi, həm də siyasi planda növbəti uğurlu addımdır. Düzdür, Davosda beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilmir, lakin bu, nüfuzlu qeyri-rəsmi şəraitdə görüşüb dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir çox məsələləri müzakirə etməyə, vacib əlaqələr yaratmağa imkan verir".

Əqli problemi olan qıza 10 ayda 10 nəfər təcavüz etdi

18 Yanvar 2017 13:01

Türkiyədə daha bir iyrənc təcavüz hadisəsi baş verib. Diyarbakırda 14 yaşlı, əqli problemi olan F.B. 10 ay boyunca təcavüzə məruz qalıb. Onu 10 nəfər müxtəlif zamanlarda, müxtəlif məkanlarda zorlayıb.  Həmin şəxslər tutulublar. Onlara ümumilikdə 44 illik həbs cəzası verilib. Bu barədə Milli.az Türkiyə mətbuatına istinadla xəbər verir.

Qafqaz Universiteti ləğv olundu - YENİLƏNİB

18 Yanvar 2017 12:57

Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib. Bu barədə Qafqaz Universitetinin bəyanatında bildirilir. Bəyanatda bildirilib ki, təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.

Lənkəranskinin "sağ əli" həbsdən buraxıldı

18 Yanvar 2017 12:53

İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib.

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə bağlı məsələyə aydınlıq gətirdi

18 Yanvar 2017 12:54

“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Təhsil Nazirliyi yayıb.

İşçi krandan yıxılaraq ölüb

18 Yanvar 2017 12:49

Bakıda zavodda faciəli hadisə baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hadisə Sahil qəsəbəsində fəaliyyət göstərən “İnter Glass” ASC-ə məxsus şüşə zavodunda qeydə alınıb. Orada usta işləyən, 1959-cu il təvəllüdlü Vahid Zəkəriyyə oğlu Yarov krandan yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ombudsman hüquqi maarifləndirmə işləri davam etdirir

18 Yanvar 2017 12:48

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxuyub.