Ombudsman hüquqi maarifləndirmə işləri davam etdirir

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxuyub.

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda "Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti" mövzusunda mühazirə oxuyub. Bu barədə Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, o, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar, habelə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun müddəaları dinləyicilərin diqqətinə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31