Münaqişənin ATƏT-in öhdəsinə buraxılması yanlışdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib. XİN rəhbəri “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib: "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”. Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib. XİN rəhbəri "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib: "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil". Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib. Rusya Xarici İşlər Nazirinin bu fikirlərinə etirazını bildirənlərdən biri AMİP Siyasi Şurasının üzvü Əli Orucov "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, Sergey Lavrovun bu açıqlaması Rusiyanın təkcə Azərbaycana deyil, ümumilikdə beynəlxalq hüquqa və nizam-intizama göstərdiyi münasibətin daha bir aydın ifadəsidir. Onun sözlərinə görə, Moskvanın dövlətlərin daxili işlərinə qarışması, separatizmi dəstəkləməsi yürütdüyü siyasətin tərkib hissəsidir: "Sergey Lavrovun münaqişəyə və Azərbaycanın ərazi bütövlüyünə bu cür sayğısızlığı təəssüf və etiraz doğurmaya bilməz. ATƏT-in Minsk qrupunun həmsədrlərindən və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi işğalla bağlı bu qurumların qəbul etdiyi qətnamələri və digər sənədləri nəzərə almamaq, açıq-aşkar işğalçıya dəstək verməkdir, beynəlxalq hüquqa və qurumlara "tüpürməkdir". Hesab edirəm ki, Sergey Lavrovun bu sərsəmləmələrinə təkcə xarici işlər nazirinin etirazı ilə kifayətlənməməli, daha sərt formada cavabı verilməlidir. Məhz belə fikirlər, bu cür münsibət Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mənfi rəyi yaradır və Rusiya mənfi obrazda görülür. Etimad və inama mühitinə ciddi zərbə vurulur". AMİP rəsmisi bildirib ki, münqişənin ATƏT-in öhdəsinə buraxılması yanlışdır və bu yanlışlıq uzun illərdir ki, davam edir: "Mən demırəm ki, Rusiyaya qarşı cəbhə açaq, münasibətlərin və əlaqələrin korlanmasına təsir edəcək addımlar atılsın. Bəlkə də Sergey Lavrov belə fikirləri bilərəkdən söyləməklə Moskva ilə Bakı arasında olan münsibətlərə xələl gətirmək məqsədi güdüb. Lakin bu kimi həssas mövzulara qərəzli və birtərəfli yanaşıldıqda adekvat cavab verilməlidir. Bu Azərbaycanın daxili işlərinə açıq müdaxilə, suverenliyinə hörmətsizlik və təhdid deməkdir. Dağlıq Qarabaq münaqişənin həllini tədricən Azərbaycan öz daxili və milli işi, vacib pobleminə çevrilməsinə doğru istiqmət götürməlidir. Bu Azərbaycan xalqının və dövlətinin çözə biləcəyi və çözməli olduğu problemdir. Münaqişənin həllinin xarici vasitəçilərdən, hansısa qurumlardan alaraq daxilimizə daşımağın artıq çoxdan zamanıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31