Məşğulluq orqanları tərəfindən 56 631 nəfər işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. “Olaylar” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kollegiya iclasında məlumat verib.
18 Yanvar 2017 13:16 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. "Olaylar" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kollegiya iclasında məlumat verib. Bildirib ki, işlə təmin olunanlardan 20 475 nəfəri gənclər olub: "Möhtərəm dövlət başçımızın sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib. Həmin iş yerlərinə göndərişlərin verilməsi prosesinin şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib. Cənab Prezidentin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb".