Nazir: “Ötən il pensiyalarda 8 faiz artım qeydə alınıb”
“Ötən il qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artmış, bütün sosial proqramlar uğurla icra edilmiş, sosial təşəbbüslər daha da genişləndirilmişdir”.
18 Yanvar 2017 13:14 Sosial"Ötən il qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artmış, bütün sosial proqramlar uğurla icra edilmiş, sosial təşəbbüslər daha da genişləndirilmişdir". Bunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, 2016-cı ildə əmək haqlarında 7 faiz, pensiyalarda 8 faiz artım qeydə alınıb, digər sosial ödənişlərin artırılması təmin olunub: "Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır". Nazir ötən ilin əsas uğurlarından biri kimi, əmək bazarında da sabitliyin qorunub saxlandığını, ölkəmizdə daha 100 mindən çox daimi iş yerinin yaradıldığını diqqətə çatdırıb.