Gündəm
ADU-da Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib
Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə qədim Çin filosofu, neokonfutsiçiliyin banisi Çjou Dunyinin 1000-ci ildönümünə həsr olunmuş “Neokonfutsiçilik-ənənəvi Çin fəlsəfə sistemi kimi” mövzusunda elmi seminar keçirilib.
"Reina" qatilinin fahişə yardımçısı
"Reina" terrorçusunun tutulduğu evdə 3-ü qadın, 1-i kişi olmaqla 4 terroristin saxlanıldığı barədə məlumat vermişdik.
Atam anamdan 15 yaş böyük idi
Məşhur türk müğənni Sərdar Ortaç Uludağda konsert verib. Müğənni konsertdən əvvəl fanatları ilə söhbət edib. Ər-arvad arasındakı yaş fərqi barədə danışan müğənni ABŞ prezidenti Donald Trampı misal göstərərək həyat yoldaşı Xlo Louqnandan 24 yaş böyük olmasını izah edib: "Yaş fərqi önəmli deyil. Sevginin yaşı yoxdur. Atam anamdan 15 yaş böyük idi.
Yığmamız "Böyük Dəbilqə"yə 7 idmançı ilə yollanacaq
Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 2017-ci ilin ilk "Böyük Dəbilqə" turnirinə 7 idmançı ilə yollanacaq. Fevralın 11-dən 12-dək Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar. Yarışda ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq. Goal.az
Putin: "Belə saxtakarlıqları sifariş edən, onları hazırlayan və istifadə edənlər fahişədən pisdirlər"
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqqında saxtakarlığı sifariş edənlər fahişədən pisdirlər.
Vidadi Məmmədov "MTN işi"ndə - "Sübahir qudam idi"
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin və Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin işindən azad olunması və həbs edilməsi dalğası zamanı daha bir dövlət qurumunun generalı vəzifəsindən azad olunmuşdu. Lakin həmin şəxs sonralar medianın gündəmindən çıxdı. Bu, Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədov idi. V.Məmmədovun haqqında silsilə yazılar yazılmasa da, o da "MTN işi"nə cəlb olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası keçirilib
Gürcüstanın Batumi şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.
Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin dəmir yolu əsaslı təmir edilir
Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolu təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, yanvarın 18-də Nərimanov-Bakı sərnişin mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır. Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 5, 5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
ASGA təqdimat keçirəcək
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gətirdiyi "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah" adlı qısametrajlı filmin təqdimatı keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR”-a assosiasiyann sədri Səbuhi Abbasov verib. Bildirib ki, təqdimat mərasimi yanarın 24-də baş tutacaq. Təqdimat mərasimində millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və QHT təmsilçiləri iştirak edəcək.
“Neft Daşları” yatağında 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır
“Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrovun bəyanatı məni bir qədər çaşdırıb. ATƏT-in həmsədri olan bir ölkənin XİN rəhbərinin birdən-birə Dağlıq Qarabağ və ətraf rayonlarının azad olunması ilə bağlı əndrəbadi bəyanatı artıq o deməkdir ki, Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir”. Bunupolitoloq Cümşüd Nuriyev deyib.
Gənclərə peşə hazırlığı öyrədilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi “Gənclərin peşə akademiyası” adlı layihəyə yekun vurub.
Corc Buş xəstəxanaya yerləşdirilib
ABŞ-ın keçmiş prezidenti, ataCorc Buş xəstəxanaya yerləşdirilib. Bu barədə Texasdakı yerli "KHOU11" kanalı onun nümayəndəsi Cin Bekerə istinadən məlumat verib. C.Beker deyib ki, keçmiş prezidentin vəziyyəti stabil qiymətləndirilir və bir neçə gündən sonra o, evə buraxılacaq.
Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib
Bakı şəhərindəki 167 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançısını 10:0 hesabı ilə məğlub edərək I yerin sahibi olub.
Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.














