Gündəm

“İnşaatçılar” stansiyasının girişi bağlanır 

18 Yanvar 2017 12:06

1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olmuşdur. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatmış, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

"Haaqa Azərbaycan məktəbi" növbəti dərs gününü "20 Yanvar" şəhidlərinə həsr etib

18 Yanvar 2017 12:05

"Ana Vətən" Niderland Azərbaycanlı Qadinlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu “Haaqa Azərbaycan məktəbi”ndə “20 Yanvar” hadisələri ilə əlaqədar açıq dərs keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Lavrovun qərəzli çıxışı yeni antiazərbaycan planından xəbər verir 

18 Yanvar 2017 12:03

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlama haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb”. Belə bir açıqlama ilə çıxış edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, icmalçı Azər Verdiyev “OLAYLAR”-a deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində 3 açar varsa biri və ən önəmlisi Rusiyadadır: “Azərbaycanla strateji tərəfdaş olan Rusiyanın XİN rəhbərinin söylədiyi fikirlər isə birmənalı şəkildə qınanmalıdır.

Yaşayış ildən-ilə ağırlaşır, yoxsul əhali ölkədən qaçır!

18 Yanvar 2017 12:01

Dərin böhranın hökm sürdüyü Ermənistanın əyalətlərində yaşayış səviyyəsi ildən-ilə ağırlaşır. Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır.

Səfir etimadnaməsini BMT-nin Dünya Turizm Təşkilatının baş katibinə təqdim edib 

18 Yanvar 2017 11:59

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

18 Yanvar 2017 11:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

Əbülfəs Qarayev Dünya Ticarət Təşkilatının baş katibi ilə görüşlüb

18 Yanvar 2017 11:55

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə iştirak edir. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səfər çərçivəsində nazir Dünya Ticarət Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, cari ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və DTT-nin İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb.

"Reina" terrorçusu: "Əmri ondan almışam"

18 Yanvar 2017 11:53

"Reina" terrorçusu Abdulkadir Maşaripovun ilk ifadəsi ortaya çıxıb. Yeni il gecəsi 39 adamı qətlə yetirən Maşaripov İtanbulda qətliam əmrini kim tərəfindən aldığını istintaqa ilk ifadəsindəcə etiraf edib. O, bu sifarişi Suriyanın Rakka şəhərindəki "Müəllim Aka" adlı İŞİD əmirindən aldığını açıqlayıb. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.

Ölənədək vuruşacağıq

18 Yanvar 2017 11:50

Dünən Yəmənin paytaxtı Sənada "Cəsur Qadınlar Yürüşü" keçirilib. Vətəndaş müharibəsinin qanlı girdabında vurnuxan, vəhşət və məşəqqət içində boğulan ölkə bütün bunlarla yanaşı, xaricdən işğala da məruz qalıb.

Bu universitetin 6 min diplomu tanınmayacaq

18 Yanvar 2017 11:46

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər "Qafqaz" Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

Sarkisyanın ətrafındakı insanlar ona etimad göstərmirlər

18 Yanvar 2017 11:44

“Ermənistanda baş verən istefalar və dəyişikliklər Serj Sarkisyanın ətrafındakı insanların ona etimad göstərməməsindən irəli gəlir. O, seçkilərə özünün etibarlı adamlarlı ilə getmək istəyir. Ona görə təyin etdiyi nazirləri və digərlərini tez-tez dəyişir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Ümid" ümidlərimizi doğrultdu

18 Yanvar 2017 11:39

"Ötən ilin nəticələrindən danışarkən mən dekabr ayının son günlərində baş vermiş bir hadisəni - SOCAR-ın Xəzərdə 2010-cu ildə kəşf etdiyi "Ümid" yatağında 14 nömrəli yüksək hasilatlı yeni qaz-kondensat quyusunun istismara verilməsini xüsusi qeyd etmək istəyirəm".  

Bakıda 6 mərtəbəli binada yanğın baş verib

18 Yanvar 2017 11:37

Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bunanın 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb. 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Deputatlarımız Lüksenburqa gediblər

18 Yanvar 2017 11:35

Lüksemburq parlamentinin rəsmi dəvəti ilə Milli Məclisin nümayəndə heyəti yanvarın 18-dən 20-dək bu ölkədə səfərdə olacaq. Bu barədə Milli Məclisin mtbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev daxildirlər. Səfər zamanı bir sıra görüşlər keçiriləcək.

Evin sahibinin kimliyi məlum oldu

18 Yanvar 2017 11:34

"Reina" terrorçusunun tutulduğu mənzillə bağlı maraqlı detallar ortaya çıxıb. Kirayəyə götürən şəxsin də evdə tutulan İraq əsilli terrorçu olduğu məlum olub.