Səfir etimadnaməsini BMT-nin Dünya Turizm Təşkilatının baş katibinə təqdim edib 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, etimadnamənin təqdim edilməsi zamanı "2017-ci il - İnkişaf naminə beynəlxalq davamlı turizm ili"nin rəsmi açılışında iştirak etmək məqsədilə Madriddə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. T.Rifai A.Məhərrəmovu bir daha təbrik edərək, bu təyinatın Azərbaycan ilə DTT arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib. Daha sonda Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31