"Haaqa Azərbaycan məktəbi" növbəti dərs gününü "20 Yanvar" şəhidlərinə həsr etib

"Ana Vətən" Niderland Azərbaycanlı Qadinlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu “Haaqa Azərbaycan məktəbi”ndə “20 Yanvar” hadisələri ilə əlaqədar açıq dərs keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

"Ana Vətən" Niderland Azərbaycanlı Qadinlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu "Haaqa Azərbaycan məktəbi"ndə "20 Yanvar" hadisələri ilə əlaqədar açıq dərs keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, açıq dərsdə birliyin üzvləri, valideynlər və AzNed xəbər saytının nümayəndəsi iştirak ediblər. Birliyin Mətbuat Xidmətinin rəhbəri Nərgiz Cəfərovanın verdiyi məlumata görə, məktəbdə növbəti dərsin mövzusu məhz 1990-cı il "20 Yanvar" hadisələri olub. Acıq dərs həmişə olduğu kimi, şagirdlərin ifasında səslənən Azərbaycan Demokratik Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra məktəbin könüllü müəlliməsi Almaz Kərimli mövzu ətrafında uşaqlara geniş məlumat verib. "20 Yanvar" hadisələrini uşaqların anlayacağı tərzdə izah edib, həmin hadisələr zamanı şəhid olan azyaşlılar haqqında danışıb. Bu günün xalqımızın həyatında xüsusi rol oynadığını, xalqımızın mübarizə tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Birliyin sədri Mayisə Ağamirzəyevanın sözlərinə görə, Hollandiyada doğulub boya-başa çatan uşaqlara yaxın tariximizi anlatmaq çox önəmlidir: "Ona görə ki, bu uşaqlar təhsil aldıqları məktəbdə belə informasiyalar almırlar. Gələcəyimiz olan uşaqlara əyani vəsaitlərlə, şeirlərlə şanlı tariximizi öyrətmək, başa salmaq bizim borcumuzdur.

Onlar ata-babalarının vətənlərində baş vermiş hadisələri düzgün qavramalıdırlar ki, gələcəkdə onlar da öz övladlarına çatdıra bilsinlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31