Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası keçirilib
Gürcüstanın Batumi şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.
18 Yanvar 2017 12:24 SosialGürcüstanın Batumi şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, iclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə Transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin Xəzər üzərindən keçməklə Avropaya, Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya və Çinə çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndələri təmsil ediblər. Sonda iclasın yekunlarına dair protokol imzalanıb.