Gənclərə peşə hazırlığı öyrədilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi “Gənclərin peşə akademiyası” adlı layihəyə yekun vurub.
18 Yanvar 2017 12:18 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı" ictimai birliyi "Gənclərin peşə akademiyası" adlı layihəyə yekun vurub. Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a bildirilib ki, 3 ay ərzində davam edən layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə birlikdə tələbələr üçün keçirilib. Layihə çərçivəsində gənclərə peşə hazırlığı, ixtisas seçimi ilə bağlı seminarlar təşkil olunub. Ekspert və təlimçilər tərəfindən gənclərə muasir dovrdə peşələrin kəmiyyət və keyfiyyət etibarilə kifayət qədər çox spektrli və rəngarəng olması izah edilib, peşələrin müxtəlifliyi qarşısında duzgun və zəruri seçim edə bilmələri üçün müvafiq tövsiyyələr verilib. Peşə" və "İxtisas" məfhumlarının mahiyyəti, məzmununu gənclərə aydınlaşdırılıb, onun oxşar və fərqli cəhətlərini, insanların əmək predmetləri ilə məşğulluluğunun əməyin xarakterinə uyğun tiplərini bildirilib. Layihə çərçivəsində gənclərə peşə hazırlığı ilə bağlı buklet və kitabçalar təqdim edilmişdir. Son tədbirdə gənclərə müvafiq sertifikatlar verilib.