"Reina" terrorçusunun yerini kim xəbər verdi?
Hürriyetin yazarı Abdulkadir Selvi Yeni il gecəsi "Reina"da 39 adamı qətlə yetirən terrorçu Maşaripovun yerini bir qadının xəbər verdiyini yazıb. Bu məlumatın polisin işini olduqca asanlaşdırdığı ifadə edilir.
18 Yanvar 2017 13:53 DünyaHürriyetin yazarı Abdulkadir Selvi Yeni il gecəsi "Reina"da 39 adamı qətlə yetirən terrorçu Maşaripovun yerini bir qadının xəbər verdiyini yazıb. Bu məlumatın polisin işini olduqca asanlaşdırdığı ifadə edilir.
Selvinin istintaq prosesini əks etdirən yazıdan...
"Pulu və qadını təqib et, o səni qatilə aparacaq" deyə bir qayda var. "Reina" terrorçusu tutulduğunda yanında 197 min dollar aşkar edilib.
"3 GÜN ƏVVƏL GƏTİRİLİB"
"Reina" terrorçusu Esenyurtdakı lüks bir binaya 3 gün əvvəl gətirilibmiş. Ancaq son 12 gün idi ki, Esenyurt bölgəsindəymiş. Tutulmamaq üçün üç günə bir ev dəyişdirib. Ailə ab-havası yaradaraq bina sakinlərinin diqqətini yayındırmaq üçün qadınlarla birlikdə eyni evdə qaldıqları önə çəkilən məqamlardandır.
BİR QADIN XƏBƏR VERİB
Bir qadının xəbəri polisin işini asanlaşdırıb. "Reina" terrorçusunun ələ keçirildiyi əməliyyat 20 dəqiqə davam edib. Daha qısa bir zamanda bu əməliyyat yekunlaşa bilərdi. Amma o zaman terrorçu öldürüləcəkdi. Milli.az