“Yarımçıq xatirələr” filmi nümayiş olunacaq
Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda nümayiş olunacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə baş tutacaq nümayiş 24 yanvar saat 15:00-da Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçiriləcək.
18 Yanvar 2017 14:11 SosialElxan Cəfərovun "Yarımçıq xatirələr" bədii filmi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda nümayiş olunacaq. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi ilə baş tutacaq nümayiş 24 yanvar saat 15:00-da Fondun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində keçiriləcək.
"Yarımçıq xatirələr" filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Çəkilişləri Belarusiyada və Azərbaycanda aparılan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.
Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdu.
Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Ünvan: Ağasadıq Gəraybəyli küç. 7.