Fövqəladə vəziyyət elan edildi
İspaniyanın bütün ərazisində kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Qarlı və şaxtalı hava ölkə ərazisində artıq neçə gündür hökm sürür. Yerli metereoloji idarənin məlumatına görə, İspaniyanın bəzi bölgələrində temperatur mənfi 12 dərəcəyədək düşüb. Güclü külək və qar, demək olar ki, bütün şəhərlərdə qeydə alınıb. Barselonada və digər sahilyanı şəhərlərdə dalğaların hündürlüyü 3 metrə çatıb. Fövqəladə vəziyyət yalnız Kanar adalarına şamil edilməyib. Trend.az
18 Yanvar 2017 14:06 Dünyaİspaniyanın bütün ərazisində kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Qarlı və şaxtalı hava ölkə ərazisində artıq neçə gündür hökm sürür. Yerli metereoloji idarənin məlumatına görə, İspaniyanın bəzi bölgələrində temperatur mənfi 12 dərəcəyədək düşüb. Güclü külək və qar, demək olar ki, bütün şəhərlərdə qeydə alınıb. Barselonada və digər sahilyanı şəhərlərdə dalğaların hündürlüyü 3 metrə çatıb. Fövqəladə vəziyyət yalnız Kanar adalarına şamil edilməyib. Trend.az