Yoluxucu xəstəliklərin profilaktikası sahəsində əhəmiyyətli işlər görülür

Yanvarın 18-də  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  2016 – cı ilin hesabatını mətbuata təqdim etdi. Afaq xanım bildirdi ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridi. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-20120-ci illər üçün qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş vacib proqramdı.

Yanvarın 18-də  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  2016 - cı ilin hesabatını mətbuata təqdim etdi. Afaq xanım bildirdi ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridi. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-20120-ci illər üçün qəbul olunmuş "2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş vacib proqramdı.

Son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı epidemioloji sabitlik təmin edilib.

Daha sonra 2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olduğu vurğulandı. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edir.

Ölkə üzrə peyvənd planının yüksək səviyyədə yerinə yetirilməsi və Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Belə ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-cı ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmamış; tetanus, xəstəliyi isə tək-tək hallarda qeydə alınmışdır. Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur.

Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31