Ermənistan havadarlarının dəstəyini itirib
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri tərəfindən müsbət qarşılanıb. Artıq Qətərin ölkəmizdəki səfiri İslam Həmrəyliyi Oyunları ərəfəsində İslam ölkələrinin Forumunun keçirilməsi təklifi ilə çıxış edib. Siyasi ekspertlər hesab edirlər ki, İslam həmrəyliyinin bərqərar olması müsəlman ölkələrindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllində müsbət rol oynaya bilər. Müsahibimiz "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovdur.
18 Yanvar 2017 14:43 MüsahibəElxan Ələsgərov: "İşğalçı ölkə siyasi, iqtisadi və hərbi cəhətdən iflasa uğrayıb"
2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri tərəfindən müsbət qarşılanıb. Artıq Qətərin ölkəmizdəki səfiri İslam Həmrəyliyi Oyunları ərəfəsində İslam ölkələrinin Forumunun keçirilməsi təklifi ilə çıxış edib. Siyasi ekspertlər hesab edirlər ki, İslam həmrəyliyinin bərqərar olması müsəlman ölkələrindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllində müsbət rol oynaya bilər. Müsahibimiz "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovdur.
-Elxan müəllim, Azərbaycan prezidenti 2017-ci ili "İslam Həmrəyliyi İli" elan edib. Sizcə, ölkəmiz müsəlman dövlətlərinin həmrəyliyinin formalaşmasına hansı töhvələrini verə bilər?
-Bizim Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətimiz həmişə yüksək səviyyədə olub. Eyni zamanda, bizim İslam aləmi ilə də yüksək səviyyədə münasibətlərimiz qurulub. İslam dövlətlərinin demək olar ki, hamısı Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Azərbaycan İslam Konfransı Təşkilatının fəal üzvüdür, İslam aləminin əsas prablemləri üzərində Azərbaycanın kankret mövqeyi var. Bu mövqe müsəlman dövlətləri tərəfindən daim bəyənilib. Odur ki, İslam Həmrəyliy Oyunlarının Azərbaycanda keçirilməsi böyük bir siyasi hadisə olmalıdır. Bu barədə Azərbaycan prezidentinin mövqeyi ortadadır. Bununla bağlı prezidentin sərəncamları, qəbul edilən qərarlar ona yönəlib ki, ölkəmiz necə ki, Avropa dövlətlərinin olimpiya oyunlarını yüksək səviyyədə keçirmişdi, indi də İslam dövlətlərinin oyunlarını yüksək səviyyədə keçirəcək. Bu, Azərbaycanın multikulturalizm məmləkəti olmasına dəlalət edir. Məlum olduğu kimi indiki dövrdə İslamı hər tərəfdən tənqid edirlər, bəzi qüvvələr İslama, dinimizə qarşı tədbirlər görürlər. Onu da qeyd edim ki, buna səbəbkarlar sırasında bəzən özünü müsəlman hesab edən və müsəlman dövlətləri arasında özünü böyük sayan lakin, nifaq salan, müharibələri təşviq edən cəmiyyətlər var. Azərbaycan bu addımı ilə onu göstərir ki, İslam aləmində olan münaqişələri barışdırmağa cəhd edir və hamsına mesaj göndərərək onları həmrəyliyə, dünyadakı çətin vəziyyətdə birgə hərəkət etməyə, bir- birinə qarşı anlayışlı olmağa çağırır.
- Müsəlman ölkələrinin həmrəyliyi bu ölkələrindəki münaqişələrin, eləcə də Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində hansı rolu oynaya bilər?
-İndiyə kimi Azərbaycanda keçirilən Formula-1, Eurovision Mahnı Müsabiqəsi, 1-ci Avropa Oyunlarının hamısının idman və mədəniyyət tərəfi olsa da, bunlar həm də siyasi tədbirlərdir. Artıq Azərbaycan dünyada qəbul edilən bir dövlətə çevrilib. Son dövrlərdə Azərbaycana münasibət müsbət tərəfə dəyişilmişdir. Azərbaycanı dünyada qəbul edirlər, cənab prezident bütün dairələrdə böyük hörmətə malikdir. 2016-cı ildə Azərbaycan prezidenti ABŞ da səfərdə olub, Almaniyada, İngiltərədə, Fransada, Rusiyada dünyanın ən aparıcı dövlət rəhbərləri ilə görüşlər keçirib. Bu onu göstərir ki, Azərbaycan ərazi və əhali sayı baxımından çox da böyük dövlət olmamasına baxmayaraq ölkənin xarici siyasəti çox məntiqli və dəyərlidir, onu da dünyada qəbul edirlər. Çünki, dünyada hiss edirlər ki, Azərbaycan doğru istiqamətdə dünyanı keçir. Azərbaycan tək özünü, Vətənini, insanını yox, başqa dövlətləri də öz tərəfinə çəkir. Azərbaycan Ələtdə liman tikir, indi bəzi dövlətlər liman tikməyə başlayıb, biz 10 il əvvəl bu işə başladıq, bunlar isə indi-indi başlayır. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi həm müsəlman ölkələrinə, həm də dünyanın başqa ölkələrinə bir mesajdır. Məlum olduğu kimi İsrailin hökumət başçısı Azərbaycanda oldu. Azərbaycan dünyada yeganə dövlətdir ki, bir- biri ilə düşmənçiliyi olan ölkələrin hamısını uzlaşdırmağa çağırır. Bu oyunlar Azərbaycanın dünyada daha da doğru-düzgün qəbul edilməsi və Azərbaycanın bütün dünyada haqq tərəfdarı olması, təbii ki, Qarabağda da bizim mövqeyimizi gücləndirəcək. Ermənilər özlərini ən qədim xalq və dövlət hesab edirlər, lakin nə dövlət ayaq üstə durur, nə də dünyaya bir arşın da xeyir verməmişdir. Amma Azərbaycan, hansı ki, onlar tənqid edirlər, ildən-ilə dünyaya geopalitik, geoekonomik layihələri verib. Azərbaycan dünyaya gələcək ümidlər verir. Həm də camaatı idman sahəsində birləşməyə, barış içərisində yaşamağa çağırır. İslam Həmrəyliy Oyunları da ona doğru bir addımdır. Bizim xalqımız da həmişə olduğu kimi özünü yüksək səviyyədə göstərəcək. Bu oyunlar bizim haqlı olduğumuz Qarabağ davamıza böyük bir təkan olacaq.
-Yeri gəlmişkən, son günlər Ermənistan cəbhə xəttində hərbi təxribatların sayını artırıb. Sizcə, hazırki vəziyyətdə bu addımın atılması nəyə hesablanıb?
-Ermənistanın Qarabağ planı onun son havadarları olan bəzi qüvvələrin dəstəyini itirib. Ermənilərin əsas himayədarları artıq onları dəstəkləmir, hərbi baxımdan da onlar aprel hadisələrindən sonra çaşqın və alçaldılmış bir vəziyyətdədir. Ölkə daxilində də siyasi və hərbi rəhbərliyin hədsiz dərəcədə hörmətdən düşdüyünün şahidi oluruq. Sərkisyan hakimiyyəti leş olmuş və ölmüş vəziyyətə düşmüş Ermənistan iqtisadiyyatını qaldıra bilmir. Ermənistan cəmiyyətində Qarabağ siyasətinin iflasa uğradığının anlayışı yerləşir. Bunu keçmiş prezident Levon Ter Petresyan keçən ilin sonunda çıxışında bir daha təsdiqlədi. Belə bir vəziyyətdə Ermənistanın mövcud hakimiyyətinin ancaq bir çıxış yolu qalır ki, təxribatlarla bəzi dövlətləri, məsələn KTM-ə üzv dövlətləri bu məsələyə cəlb etsin. Həmçinin, iflasa uğramış Ermənistan rəhbərliyinin son cəhdidir ki, onlar çalışır hərbi yolla öz siyasi hakimiyyətini uzatsın. Lakin, düşünürəm ki, 2017-ci ildə bu proses daha da kəskinləşəcək və Ermənistan rəhbərliyinin siyasi gediş ili olacaq. Ola bilsin ki, 2017-ci ildə Ermənistanda Azərbaycana tərəf uzlaşmaya doğru addımlar atılacaq. Çünki, əslində status-kvo Ermənistanın məğlubiyyətidir. Ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən iflasa uğrayıb, təklənmiş vəziyyətdədir. Köhnə müttəfiqləri arasında əvvəlki hörməti yoxdur, nə müstəqil siyasəti nə də iqtisadiyyatı var. Belə bir vəziyyətdə onlar duruş gətirə bilmirlər, nəticədə hərbi təxribatlara əl atırlar. Hətta, beynəlxalq təşkilatlar tərəfindən tələb edilən Azərbaycan torpaqlarının geri qaytarılması üçün özlərində güc tapa bilmirlər. Bunun əvəzində ilin axırında öldürülən əsgərlərin ailələrinə kömək etmək üçün bir vergi icad ediblər. Bütün Ermənistan əhalisindən pul yığırlar ki, Qarabağa göndərilmiş muzdluların meyidlərini Ermənistana qaytarıb hansısa maliyyə vəsaiti əldə etsinlər. Bu Ermənistanın bir dövlət olaraq vəziyyətinin bərbad olduğunun göstəricisidir.
Alim