Milyarderin qardaşı oğlu qumarda 3,5 milyon uddu: REKORD QIRAN- VİDEO
Braziliyalı biznesmen Pedro Qreden Bartell Uruqvay kazinolarının birində 35 min dollar qoyub və uduzmayıb. "Ayaqqabı kralı" kimi də tanınan Pedro bütün fişkaları 32 sayına qoyub və ruletka məhz bu sektoru "seçib". Ayaqqabı fabrikinin sahibinin bəxti üzünə gülüb və o, düz 3,5 milyon dollar qazanıb.
18 Yanvar 2017 14:27 DünyaBraziliyalı biznesmen Pedro Qreden Bartell Uruqvay kazinolarının birində 35 min dollar qoyub və uduzmayıb. "Ayaqqabı kralı" kimi də tanınan Pedro bütün fişkaları 32 sayına qoyub və ruletka məhz bu sektoru "seçib". Ayaqqabı fabrikinin sahibinin bəxti üzünə gülüb və o, düz 3,5 milyon dollar qazanıb.
Şahidlər iş adamının qalib olduğu zaman verdiyi reaksiyasını telefonun kameralarına çəkib. Sözügedən video sosial şəbəkələrdə izlənmə rekordu qızıb. İş adamı qalib olduğunu görəndə öz dostları ilə birlikdə rəqs etməyə başlayıb. Bütün zal isə onu qalib olması münasibəti ilə alqışlayıb.
Qeyd edək ki, onun şirkəti Braziliyada ayaqqabı sənayesində lider mövqe tutur, həmçinin dünya üzrə ən iri səndəl istehsalçısıdır. Pedronun şirkəti böyüklüyünə görə Braziliya bazarında üçüncü yerdədir. Perdo həmçinin məşhur milyarder Aleksandr Qrendena Bartelin qardaşı oğludur. Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.